Bu şəxslər ünvanlı dövlət sosial yardımı ala bilər
Pay torpağı olanların hansı halda ünvanlı dövlət sosial yardımı ala biləcəyi məsələsinə aydınlıq gətirilib.
azxeber.com-un APA-ya istinadən məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialının direktoru Nicat İsmayılov "Sosial saat"da bildirib ki, əgər vətəndaşın pay torpaq mülkiyyəti varsa, qeydiyyata salınıbsa, həmin şəxs torpaq mülkiyyətçisi kimi qəbul olunur və onun işləməsinə ehtiyac olmur:
"Bu zaman o, ünvanlı sosial yardım üçün müraciət edə bilər".
N.İsmayılovun sözlərinə görə, maddi-məişət şəraitinin yoxlanılması o baxımdan vacibdir ki, vətəndaşlar elektron qaydada məlumatlarını yerləşdirən zaman müəyyən yanlışlıqlara yol verə bilər:
"Yalnız yerində yoxlamaqla həmin məlumatları dəqiqləşdirmək mümkün olur. Maddi-məişət şəraitinin yoxlanılması çərçivəsində ailə tərkibi, həyətyanı təsərrüfatda olan mal-qara, ev quşları və s. baxılır. Bir çox hallarda vətəndaşın mexaniki etdiyi səhvləri ilə rastlaşırıq.
Bu zaman vətəndaşa məlumat veririk, yenidən müraciət etsin. Abonent kodunun yanlışlıqla səhv yazılması, ünvanın yanlış göstərilməsi və s. kimi texniki səhvlər ola bilər".
O qeyd edib ki, hər hansısa yanlışlıq olarsa, bu, imtina səbəbidir.
Turlar.az [newsid: 0-123300]

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR