Bu şəxslər xəstəliyi daha yüngül keçirib - AÇIQLAMA
"COVID xəstələri öz bədənlərində gedən dəyişiklikləri bilməlidir".
Azxeber.com APA-ya istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi, terapevt Zakir Quliyev "COVID-19-un ev şəraitində müalicəsi" mövzusunda çıxışında deyib.
Onun sözlərinə görə, qızdırma olduğu zaman panikaya düşmək lazım deyil: "Temperatur düşmürsə, öskürək dayanmırsa, boğulma müşahidə olunursa, bu zaman təcili yardım çağırılmalıdır ki, şəxsin xəstəxanaya yerləşdirilməsi gecikməsin".
O bildirib ki, elə xəstə var, koronavirusa yoluxduqdan sonra karantin müddəti bitənə qədər 2 həftə duş qəbul etmir: "Bununla bağlı bir göstəriş yoxdur. Sadəcə duş alıb, özlərini soyuqdan qorumalıdırlar. Xəstə duşdan sonra kondisioner altında oturursa, özünü soyuğa verirsə, xəstəlik üçün problem yarada bilər. Əks halda bu müddətdə istədikləri qədər duş qəbul edə bilərlər".
Həkim qeyd edib ki, xəstəliklə bağlı bəzən çox maye qəbul edilməsi məsləhət görülür, amma mayenin qəbulu miqdarı da xəstədən xəstəyə dəyişir: "Yaxşı qidalanma dedikdə isə çox yeməkdən söhbət getmir. Bu zaman balanslı qidalanmaq lazımdır. Bundan başqa, aparılan araşdırmalara görə 6 aya qədər dad və iybilməni itirən xəstələr olur. Buna görə mütəmadi olaraq dərman qəbul lazım deyil. Buna görə neçə aydır COVID müalicəsi alanlar var. Müşahidələr göstərib ki, dad və iybilməni ilk gündən itirənlər xəstəliyi daha yüngül keçirib".

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR