Bu şəxslərin maaşlarına əlavələr ödəniləcək - RƏSMİ + YENİLƏNİB
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) müvafiq qərarı ilə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası"nda (Qayda) dəyişiklik edilib.
Agentlikdən KONKRET.az-a verilən məlumata görə, yeni dəyişikliyə əsasən tibb müəssisələrində sabit aylıq həvəsləndirici əlavələr verilən tibb və qeyri tibb işçilərinin əhatə dairəsi genişləndirilib.
Belə ki, aşağıda qeyd edilən 8 elmi-tədqiqat institutunun elmi şöbələrində çalışan işçilərinin aylıq vəzifə (tarif) maaşlarına sabit aylıq həvəsləndirici əlavələr müəyyən olunub. Yeni qərar 1 aprel 2021-ci il tarixindən qüvvəyə minir.
1. Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu
2. K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu
3. Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu
4. Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu
5. Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu
5. V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu
6. Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu
7. Akademik M.A Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi
Sabit aylıq həvəsləndirici əlavələr aşağıdakı 8 vəzifə üzrə çalışan 470-dən çox işçiyə şamil olunur:
№
İxtisasın/vəzifənin adı
Sabit aylıq həvəsləndirici əlavələrin məbləği (manat)
1
Elmi şöbənin müdiri
500,00
2
Baş elmi işçi
400,00
3
Aparıcı elmi işçi
350,00
4
Böyük elmi işçi
300,00
5
Elmi işçi
250,00
6
Kiçik elmi işçi
200,00
7
Laborant (böyük laborant daxil olmaqla)
150,00
8
Qeyri-tibb işçiləri
100,00

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
Xankəndi Ultramarafonuna yekun vuruldu
Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar
Şahbaz Şərif İlham Əliyevə zəng etdi
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Bu maşınlar kəskin bahalaşdı - FOTO
Kamboca baş naziri Azərbaycana gəldi
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
İlham Əliyev və Ramzan Kıdırov "Bakı Ağ Şəhər"də olublar
"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto