Bu spirtdən istifadə edənlərə XƏBƏRDARLIQ: Xərçəng yaradır...?

Bu spirtdən istifadə edənlərə XƏBƏRDARLIQ: Xərçəng yaradır...?Avropa Kimya Agentliyi (ECHA) etanolu (etil spirti) kanserogen kimi təsnif etməyi planlaşdırır. Bu barədə "Financial Times" məlumat yayıb. Bildirilir ki, oktyabrın 10-da agentliyin işçi qruplarından biri daxili tövsiyə dərc edib. Sənəddə etil spirtinin xərçəng və hamiləlik zamanı ağırlaşma riskini artıran zəhərli maddə kimi qiymətləndirildiyi qeyd olunub. Bu qərar qüvvəyə minərsə, etanolun səhiyyə müəssisələrində istifadəsinə qadağa qoyula bilər.
Maraqlıdır, etanol doğrudanmı xərçəng yarada bilər və onun istifadəsinə qadağa qoyulması virus və bakteriyalara qarşı mübarizəyə necə təsir edər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov bildirib ki, etanol tibbdə və gündəlik həyatda ən çox istifadə edilən maddələrdən biridir:
Bu spirtdən istifadə edənlərə XƏBƏRDARLIQ: Xərçəng yaradır...?"Etanol təkcə tibbdə deyil, həm də bir çox dərmanların, kosmetik vasitələrin, təmizlik məhsullarının və boyaların tərkibində geniş istifadə olunur. Etanol normadan artıq istifadə olunduqda DNT-yə zərər vurur. DNT zədələndikdə hüceyrələrin normal bölünməsi pozulur və bu da xərçəng riskini artırır."
Onkoloq vurğulayıb ki, etanolun tibbdə dezinfeksiya və gigiyenik məqsədlərlə istifadəsi təhlükə yaratmır:
"Tibbi məqsədlərlə istifadə olunan miqdarlar çox aşağıdır və insan orqanizmi üçün risk daşımır. Amma uzunmüddətli və həddindən artıq məruz qalma, xüsusilə spirtli içkilər vasitəsilə, xərçəng hüceyrələrinin yaranma ehtimalını artıra bilər."
Fərid Museyibovun sözlərinə görə, etanolun dezinfeksiya vasitəsi kimi qadağan edilməsi virus və bakteriyalara qarşı mübarizədə ciddi problemlər yarada bilər:
"Etanolun antiseptik kimi istifadəsi tibbdə vacib rol oynayır. Onun istifadəsinə qadağa qoyularsa, alternativ maddələrin tapılması və təsir gücünün təmin olunması çətin olacaq."
Aynurə İsmayıl
KONKRET.az

Sağlamlıq       Tarix: 23 oktyabr 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Qrip niyə həftələrlə sağalmır? – Həkim səbəbləri açıqladı

Adətən qripə yoluxan insanlarda xəstəliyin simptomları bir neçə gün ərzində zəifləyir və tədricən aradan qalxır. Lakin son dövrlər yayılan qripəbənzər virus infeksiyalarından sonra öskürək, boğaz ağrısı və halsızlıq kim

Bəşəriyyəti ölümcül bəladan xilas edən peyvənd: 8 yaşlı uşaq üzərində aparılan təhlükəli təcrübə

1796-cı il mayın 14-də ingilis həkim Edvard Cenner tibb tarixinin ən mühüm təcrübələrindən birini həyata keçirdi. O, səkkiz yaşlı bir uşağı qəsdən inək çiçəyi virusuna yoluxdurdu. Bir neçə həftə sonra isə onu dövrün ən qorxul

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

Temperatur dəyişir, sağlamlıq risk altına düşür? – Terapevtdən XƏBƏRDARLIQ

Havanın temperaturunun dəyişməsi orqanizmin uyğunlaşma mexanizmlərinə təsir göstərməklə xüsusilə yaşlı insanlar və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər üçün müəyyən sağlamlıq riskləri yarada bilər. Belə hava şəraitind

Estetik əməliyyatlar dəbdədir, bəs niyə ayrıca ixtisas kimi tədris olunmur? – AÇIQLAMA

Azərbaycanda estetik əməliyyatlara tələbatın artmasına baxmayaraq, plastik və estetik cərrahiyyənin ayrıca ixtisas kimi tədris olunmaması müzakirə mövzusudur. Bəs bu sahədə ixtisaslaşmanın genişləndirilməsi nə dərəcədə vacibdi

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Azərbaycan səhiyyəsi qlobal reytində son sıralardadır

Azərbaycan səhiyyə xidmətlərinin səviyyəsinə görə 101 ölkə arasında 92-ci sırada qərarlaşıb. yenisabah-a istinadla xəbər verir ki, səhiyyə xidmətlərinin keyfiyyətinə dair hazırlanan reytinq siyahısında Azərbaycan 49 bal toplay

Misofoniyadan əziyyət çəkənlər harada müalicə ala bilər? – ARAŞDIRMA

Misofoniya gündəlik səslərə qarşı güclü qıcıqlanma, qəzəb və narahatlıq hissi ilə müşayiət olunan vəziyyətdir. Azərbaycanda bu vəziyyətin müalicəsi iki dövlət tibb müəssisəsində həyata keçirilir. Misofoniya müəyyən səslər

Vərəm xəstələrinə görüntülü zəng məcburiyyəti: NECƏ OLACAQ?

Vərəm xəstələrinin dərman qəbuluna nəzarət məqsədilə görüntülü zənglər vasitəsilə yoxlanılması bəzi pasiyentlərin narazılığına səbəb olub. Belə ki, evində internet olmayan, yaxud internet paketi almağa maddi imkanı çatmaya


azerbaycan xeberleri son xeberler yeni xeberler en sonxeber sonxeber cəbhədən son məlumat xeberler