Bu virus, hər mövsümdə, hər havada yayılır- XƏBƏRDARLIQ!

Bu virus, hər mövsümdə, hər havada yayılır- XƏBƏRDARLIQ!Tənəffüs yollar ilə yayılan viruslar ümumiyyətlə, mövsümi olur, ancaq yeni tip koronavirusun (COVID-19) davranışı fərqlidir. Bu, hər havanı, hər mövsümü sevən bir virusdur. Bu virus insanların sıx toplaşdığı, yaxın məsafələrdə çox yayılır. Bir insandan digərinə keçməyi sevir, ona görə də ona bu fürsətləri verməməliyik.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi, professor Margaret Harris açıqlayıb. ÜST nümayəndəsi vurğulayıb ki, COVID-19-un yayılması mövsümi xarakter daşımır və havanın dəyişməsi ilə bağlı deyil. Virusun yayılmasını dayandırmaq üçün hamıya məlum olan sadə tədbirlər görülməlidir. Onların ən əsası məsafə gözləmək, maska taxmaq, gigiyena tədbirlərinə əməl etməkdir.
O, COVID-19-a yayda qalib gəlməyin asan olması barədə fikirləri də təkzib edib: "İndi yayın qızmar dövründə ABŞ-da çox böyük yoluxma dalğası müşahidə olunur. Ekvatorial ölkə olan Braziliya infeksiyanın yayılma sürəti və miqyasına görə təkcə ABŞ-dan geridə qalır. Qış fəslinin başladığı cənub yarımkürəsində isə indi ənənəvi mövsümi qrip deyil, COVID yoluxmaları yüksək səviyyədədir".
Onun sözlərinə görə, COVID-19 və ənənəvi qrip virusları eyni vaxtda yayılmağa başlasa, vəziyyətin necə olacağını söyləmək çətin olacaq.
Payızda pandemiyanın ikinci dalğasının olub-olmayacağına gəlincə, M.Harris deyib ki, biz indi ilk dalğadayıq. Bu, qismən eniş-yoxuşu olan böyük bir dalğadır. Edə biləcəyimiz ən yaxşı şey isə yoluxmaların qarşısını almaqdır. İndiki halda birinci, ikinci, üçüncü dalğa kimi ifadalərin heç bir mənası yoxdur.
O, həmçinin qeyd edib ki, ÜST bütün ölkələri genişmiqya testləşdirmə aparmağa və onu əlçatan etməyə çağırır.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 08 avqust 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir


azerbaycan xeberleri son xeberler yeni xeberler hava proqnozu son.xeber sonxabar cəbhədən görüntülər