Büdcənin gəlirləri və xərcləri açıqlandı
Operativ məlumatlara əsasən, cari ilin birinci altı ayında dövlət büdcəsinin icrası gözlənildiyindən yaxşı olub. Koronavirus pandemiyası ilə bağlı üzləşdiyimiz digər xarici şokların, - mən, ilk növbədə, istehlak tələbinin azalması və onun nəticəsində neft və neft məhsullarının qiymətlərinin enməsini nəzərdə tuturam, - cari ildə ölkə iqtisadiyyatı üçün törətdiyi mənfi fəsadlara rəğmən büdcə gəlirləri üzrə proqnozlar artıqlaması ilə icra olunub.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov bildirib.
Onun sözlərinə görə, dövlət büdcəsinin gəlirləri proqnoza qarşı 2,9 faiz və ya 338 milyon manat çox icra olunmaqla 12 milyard 23 milyon manat təşkil edib. Daxilolmalar üzrə proqnoz göstəricilərini İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti 327 milyon manat və yaxud 8,9 faiz, Dövlət Gömrük Komitəsi 98 milyon manat və ya 5,1 faiz artıqlaması ilə icra edib. Dövlət Neft Fondunun dövlət büdcəsinə transferti üzrə daxilolmalar 100 faiz, digər daxilolmalar üzrə proqnoz isə 15,2 milyon manat çox icra olunub. Büdcə təşkilatlarının büdcədənkənar daxilolmaları üzrə proqnozun 102 milyon manat az, dövlət büdcəsi xərclərinin isə 105 milyon manat artıq və ya 100,9 faiz icra olunmasına baxmayaraq, 2020-ci il 1 iyul tarixinə dövlət büdcəsində 292 milyon manat məbləğində və ya proqnozdan 233 milyon manat çox profisit yaranıb. Hesabat dövründə dövlət büdcəsindən maliyyələşdirilməsi nəzərdə tutulmuş bütün dövlət vəzifələrinin, sosial proqram və layihələrin icrası tam həcmdə təmin edilib. Altı ay ərzində maliyyələşdirilmiş 11 milyard 734,1 milyon manat büdcə xərclərinin tərkibində sosialyönümlü xərclərin xüsusi çəkisi 42,5 faiz olub və yaxud 4 milyard 984 milyon manat təşkil edib. 2019-cu ilin eyni dövrü ilə müqayisədə cari ilin altı ayında səhiyyə xərclərinə 75,8 faiz və yaxud 287 milyon manat, təhsil xərclərinə 53,5 faiz və yaxud 517 milyon manat, sosial müdafiə və sosial təminat xərclərinə 13,2 faiz və yaxud 196 milyon manat, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi xərclərinə 85,3 faiz və yaxud 260 milyon manat çox vəsait yönəldilib.
Dövlət investisiya proqramı çərçivəsində investisiya layihələrinin həyata keçirilməsi üçün ayrılmış vəsaitin 44,3 faizinin və yaxud 1 milyard 835 milyon manatının maliyyələşdirilməsi təmin edilib. Dövlət borcuna xidmətlə bağlı xərclər isə 881 milyon manat təşkil edib".
Milli.Az /news.milli.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar