Bunu edənlər vergi ödəməyəcək - RƏSMİ
Fiziki şəxsin hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə ödəmə mənbəyində vergi tutmaq öhdəliyi yaranmır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti fəaliyyət növü "7729002 – Digər paltarların kirayəsi" olan və 14 faiz dərəcə ilə gəlir vergisi ödəyən fiziki şəxsin ofisi hüquqi şəxsdən icarəyə götürməsi ilə bağlı suala aydınlıq gətirib.
Bildirilib ki, Vergi Məcəlləsinin 124.3-cü maddəsinə əsasən, hüquqi şəxslərə (müəssisələrə) və ya qeyri-rezidentlərin daimi nümayəndəliklərinə ödənilən icarə haqları ödəmə mənbəyində vergitutma obyekti deyil. Bu səbəbdən həmin icarə ödənişindən ödəmə mənbəyində vergi tutulması öhdəliyi yaranmır.
Dövlət Vergi Xidmətindən həmçinin qeyd olunub ki, qeyri-sahibkarlıq fəaliyyəti üzrə əldə edilən illik gəlirdən xərclər nəzərə alınmadan 14 faiz dərəcə ilə vergi tutulur.
Gəlir vergisi üzrə "Gəlir vergisinin bəyannaməsi" hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir.
///Ajans.az/// / azxeber.com

Məktəbdə müəllim iş yoldaşını dərs bölgüsü üstündə döydü
Britaniya səfiri İran XİN-ə çağırılıb
Hörmüz boğazında neft tankerlərinə hücum edilib
Türkiyə Mosul yaxınlığındakı hərbi bazanı İraqa təhvil verəcək
Kasparov ABŞ-da öldürülməsi planından danışdı: "Bu, mənim üçün şok oldu"
Azərbaycanda bu məhsul bahalaşdı
Uzun müddət tək qalanlar diqqətli olsunlar
Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər
Prezidentin sosial media hesablarında ADEX sərgisindən görüntülər paylaşıldı
Limit 20 mindən 50 minə qaldırıldı - Bu tarixdən
Pul yığıram, bəs sonra? - İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
Zaqatalada zəlzələ oldu
Ayxan Abbasov: "Günahkar axtarmayacağıq, məsuliyyət məndədir"