Burun qanaxmasının səbəbləri və müalicəsi

Burun qanaxmasının səbəbləri və müalicəsiCəmiyyətin təxminən %10-u ən az 1 dəfə burun qanaxması keçirmişdir.Çox adam heç bir klinikaya müraciət etməz.Bir çox burun qanaxmalarının yüngül qanaxmalar olmasına baxmayaraq, təhlükəli və şiddətli qanaxmalar da ola bilər.
Milli.Az medicina.az-a istinadən bildirir ki, burun qanaxmasını tibbi olaraq ön və arxa burun qanaxmaları olaraq iki qrupa ayıra bilərik. Uşaq və yeniyetmələrdə daha çox ön burun qanaxmaları yaşlı insanlarda damar sərtliyi və ya hipertoniya olan insanlarda daha çox arxa burun qanaxmaları görülür. Burun qanaxmaları, istər uşaqda istər yeniyetmədə olsun, olduqca diqqət edilməli bir vəziyyətdir.
Ön burun qanaxmaları: Daha çox uşaq və yeniyetmələrdə görülür.Burun qanaxmasının çoxu, burunun orta hissəsində olan kapilyar bir damarın partlamasına görə tək tərəfli olur. Bu bölgədəki damarlar olduqca incə və səthdə olduqlarından burun təmizlənməsi zamanı, uşaqlarda burun ilə oynama zamanı nasal travma və hətta kiçik toxunma ilə belə qanaya bilər.
Arxa burun qanaxmaları: Tez-tez orta və irəli yaşlarda və xüsusən hipertoniya xəstəliyi olanlarda görülür. Burnumuzun içində arxa üst bölgələrdən qanaxma olur və şiddəti burunun ön qanaxmalarına görə çoxdur və tez-tez gəniz və burundan eyni anda qan gəlir.
Qanaxmanı necə ayırd etmək olar?
Ön burun qanaxmaları tez-tez quru iqlimlərdə və ya qış aylarında quru və isti otaq havası səbəbi ilə burun içini örtən qoruyucu təbəqənin quruması nəticəsində əmələ gələn qabıqlanma ilə olur. Bunun qarşısını almaq üçün az miqdarda yumşaldıcı bir krem və ya damlalar burun içərisi üçün istifadə edilə bilər. Adətən burunun ön hissəsinə (burun qanadlarına burun deşikləri ilə burun sümüyü arasındakı yumşaq sahə) tətbiq olunan barmaq təzyiqi ilə dayandırıla bilir.
Qanaxmanın arxadan olub olmadığı əhəmiyyətlidir. Arxa burun qanaxmaları əsasən yaşlı insanlarda, yüksək təzyiq xəstələrində və ya burun və üz yaralanmalarında olur. Ağız və boğaza doğru qanaxma davam edir. Bu bölgənin qanaxmaları daha şiddətli olur və ciddi yanaşmaq lazımdır. Bu səbəblə, mütləq həkimə müraciət edilməlidir.
Burun qanaxmasının əsas səbəbləri:
-Qaşıntıya yol verən allergiya, infeksiya və ya quruluq vəziyyətlərində burun təmizlənməsi.
-Sərt fıxırmaq yaşlı və ya gənc xəstələrdə burun damarlarının partlamasına yol aça bilər.
-Qanaxma laxtalanma pozğunluğu olan insanlar və ya Aspirin və digər dərman istifadəsi.
-Qaraciyər xəstəlikləri, yüksək təzyiq
-Burun əyrilikləri
-Burun qırılmaları, baş və üz yaralanmaları ciddi hallardır.
-Şişlər (olduqca nadir)
Ön burun qanaxmasını dayandırmaq üçün nə edilməlidir?
Burun qanaxması ilə üzləşdikdə tətbiq ediləcəkbəzi üsullar vardır:
-Qanaxması olan şəxs sakitləşdirilməyə çalışılmalıdır. Həyəcanlı və panika halında olanların təzyiqi yüksəlir və qanın şiddəti arta bilər.
-Baş yüngülcə önə doğru əyilməlidir ki qanın udularaq mədəyə getməsinin qarşısı alınmalıdır. Qanaxma miqdarı bilinmədiyinə görə mədə bulanması və qusmağa da yol aça bilər.
-Burunun yumşaq olan hissəsini tamamilə əhatə edəcək şəkildə baş barmaq və işarə barmaqlarla 5 dəqiqə qədər sıxılmalıdır.
-Dik oturulmalıdır və ya yatmaq lazımdırsa mütləq baş yüksəkdə olacaq şəkildə yatmalıdır.
Burun qanaxmasının qarşısını almaq üçün nələr edilə bilər?
-Duzlu su tərkibli spreylərlə burun içi ehtiyatla təmizlənməlidir.
-Burun qurcalamaq və fıxırmaq olmaz.
-Ağır fəaliyyətlərdən uzaq durulmalıdır və ağırlıq qaldırılmamalıdır.
-Olduğunuz yerin havası nəmləndirilməyə çalışılmalıdır.
-İsti su ilə vanna edilməlidir, ilıq suya üstünlük verilməlidir.
-Aspirin və ya bənzəri dərmanlar qəbul edilməməlidir.
-İsti və quru mühitdə olmamaq, mühit temperaturu və rütubəti uyğun şəraitə gətirilməlidir.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 04 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula


yeni xeberler azerbaycan xeberleri son xeberler hava durumu son xeberler bu gun xeberler bugun 2026 cəbhədən son xeber