"Buta Trading" Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat vəsait köçürdü
"Buta Trading" Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat vəsait köçürdü
Cəmiyyət qarşısında sosial məsuliyyətini dərk edən "Buta Trading" şirkəti ölkə iqtisadiyyatı üçün çətin sınaq olan bu dövrdə Prezident İlham Əliyevin təşəbbüsünə qoşulmaq qərarına gəlib.
Bu məqsədlə COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin təmin olunması məqsədilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna "Buta Trading" tərəfindən 50 min AZN məbləğində vəsait köçürülüb.
"Buta Trading" şirkəti "Buta Group" şirkətlər qrupuna daxildir. Şirkətin yerli fermerlərin gübrəyə olan tələbatını ödəmək üçün Azərbaycanın 46 rayonunda "AzGübrə" brendi altında fəaliyyət göstərən gübrə təchizat mağazalar şəbəkəsi mövcuddur.
Dövlət tərəfindən ayrılmış 70% subsidiyanı istifadə edən fermerlər "AzGübrə" satış məntəqələrindən geniş çeşiddə, yüksək keyfiyyətdə və sərfəli qiymətlərlə gübrə, pestesid və toxumlarla təchiz edilir.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli fərmanı əsasında ölkəmizdə bu xəstəliyin yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi təmin etmək üçün Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb