Buzlu suda çimmək faydalıdırmı? - "Kaspi"nin ARAŞDIRMASI + FOTO

Buzlu suda çimmək faydalıdırmı? - Buzlu suda çimmək faydalıdırmı? - "Kaspi"nin ARAŞDIRMASI + FOTO
Uşaqlıqdan hamımızın əzbərlədiyi, xəstəliklərdən ən vacib qorunma metodu soyuqdan qaçmaq olub. Qar yağanda, qartopu oynayanda da üşüməmək üçün maksimum qalın geyinmişik. Çünki əksəriyyətimiz soyuqda sətəlcəm olmaqdan ehtiyat etmişik. 
Son vaxtlar soyuq suda çimməyin, özünü qarla basdırmağın, qışda dənizdə üzməyin faydalı olduğunu deyənlərin sayı artır. Sosial şəbəkələrdə tez-tez məşhur simaların buz dolu çəlləyə girməyi, buzlu suda çimməyi, bəh-bəhlə qışda dənizdə üzməyini müşahidə edirik. TV aparıcısı İlqar Mikayıloğlu da qarda çimənlərdəndir. O, "Bakıda qar yağdısa, mütləq həmin qarda çimmək lazımdır", deyir.
Bəs mütəxəssislər nə deyir? Əzbərlərimizi dəyişməliyikmi? Həqiqətən soyuq suda çimmək faydalıdırmı?
"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Buzlu suda çimmək faydalıdırmı? - Sağlamlıq haqqında elmi araşdırmalar aparan mütəxəssis, bloqer Emil Allahverdiyev açıqlamasında bu metodun sağlamlıq üçün faydalarından danışıb.
O, özü də soyuq aylarda mütəmadi olaraq buz vannası qəbul edir, qarla çimir. Deyir ki, insanların izlədikdə belə, üşüməsinə səbəb olan bu məşğuliyyət immun sistemini gücləndirir:
"Hər birimizin bədənində iki növ, ağ və qonur piy toxuması var. Ağ toxuma enerjini qoruyur, qonur isə istilik əmələ gətirərək bədənin temperaturunu tənzimləməyə kömək edir. Qonur piy toxumasının tərkibində olan mitoxondriaların bizim bədənimiz üçün çox faydası var. O, immun sistemimizi möhkəmləndirir, soyuğa qarşı daha dözümlü olmağımıza səbəb olur. Çünki qonur piy işə düşəndə, bədənimizi daxildən isitməyə başlayır. Məsələn, mən bu proseduru etdiyimə görə, daha az üşüyür, xəstələnir, xəstələndikdə belə rahatlıqla qalib gəlirəm".
Buzlu suda çimmək faydalıdırmı? - Bloqer bildirib ki, qonur piy toxuması insan yaşlandıqca azalır. Yaşlı insanlarda ağ piy toxumasının tərkibi qonur piy toxumasının miqdarını xeyli üstələyir. Qonur piy toxumasını qorumaq üçün özümüzü isti ilə yanaşı, soyuğa da alışdırmalıyıq:
"Biz özümüzü ancaq istiyə öyrəşdirir, istiyə qaçırıq. Amma qonur piy toxumasının azalmasını istəmiriksə, bədənimizi ekstremal soyuğa da öyrəşdirməliyik. Fikir versəniz, xüsusilə də Azərbaycanda insanlar yaşlandıqca daha çox üşüyürlər. Məsələn, yaşlı qadınlar yayda isti geyimlər geyinir, bürünürlər. Çünki onların qonur piy toxumaları azalır və daimi üşüyürlər".
Həkim-pulmonoloq Əsəd Beydullayev qeyd edib ki, insan orqanizmi istiyə də, soyuğa da tədricən uyğunlaşır. Amma insan bədənini tanımalı, bu proseduru bir anda etməməlidir:
"Soyuq suda, buzda çimən, bu proseduru edən xüsusi qrup insanlar Rusiyada daha çoxdur. Amma onlar birdən-birə isti iqlimdən çıxıb soyuq suda çimmirlər. Onlar soyuq iqlimdə yaşadıqları üçün orqanizmləri öncədən soyuğa alışır. İsti iqlim qurşağında yaşayan insanın birdən-birə buzlu suya girməsi böyük səhvdir və bu, ciddi fəsadlara, hətta bədənin donmasına, ciddi ağciyər və digər xəstəliklərə gətirib çıxara bilər. Bunu tədricən etmək faydalıdır".
Buzlu suda çimmək faydalıdırmı? - Mütəxəssisin sözlərinə görə, insanlar əsasən, durğun havada, soyuq suda çimirlər. Amma Bakı "küləklər şəhəri" olduğu üçün bu prosedur təhlükəlidir:
"Küləkli havada buzlu sudan çıxan insan soyuğun təsirinə daha çox məruz qalır. Müşahidə etdikdə görürük ki, məsələn, -10 dərəcə soyuqda Bakıda üşüyürük, amma Rusiyada -15 dərəcə bizə təsir etmir. Çünki Rusiya şəhərlərində şaxta olsa da, külək yoxdur. Bizdə iqlim həm rütubətli, həm də küləklidir. Ona görə də soyuq daha ciddi təsir edir. Təbii ki, buna da alışa bilən insanlar var. İnsanların soyuq suda çimməsini, bunu bacarmasını alqışlayıram. Bu, sağlam bədən və sağlam həyat tərzinin göstəricisidir. Amma bunu kiminsə acığına, kiməsə özünü göstərmək üçün deyil, sırf planlı şəkildə, məşqçi nəzarəti ilə etmək daha məsləhətlidir".
Rus terapevt Anna Bakşeyeva  isə deyir ki, qarlı yaxud buzlu suda çimmək prosedurunda əsas məqam bunu ildə bir dəfə deyil, mütəmadi etməkdir:
Buzlu suda çimmək faydalıdırmı? - "Bu zaman insan orqanizmi sərtləşir. Bu prosesin ürək-damar sistemi, immunitet və stress üçün faydaları çoxdur. Amma burada əsas məqam nizamlılıqdır. Yəni ildə bir dəfə buzla çimməyin insan sağlamlığına ciddi təsiri yoxdur, əksinə, zərəri çoxdur. Çünki soyuq suya girdikdə, orqanizminiz bədəni hərəkətə gətirən stress hormonları ifraz edir və siz sanki "dağları yerindən tərpətmək" iqtidarında olduğunuzu hiss edirsiniz. Amma sudan çıxdıqdan sonra immun sistemi zəifləyə, tənəffüs xəstəliklərinə səbəb ola bilər. Bundan əlavə, sərxoş halda buz çuxuruna dalmaq ciddi təhlükədir. Bu vəziyyətdə insan bədənini tam idarə edə bilmir, nəticədə boğulmaya səbəb olur. Ümumiyyətlə, soyuq suda çimmək hazırlıqsız orqanizm üçün ciddi problemlərə yol aça bilər. Müntəzəm olaraq bunu edən insanlar isə soyuqdəymədən daha az əziyyət çəkir, hipertoniya, şəkərli diabet və depressiya riskləri daha az olur".
Son vaxtlar yayılan xəstəliklərin soyuq hava ilə əlaqələndirilməsinə gəldikdə isə, pulmonoloq Əsəd Beydullayev təsdiqləyir ki, qış aylarında xəstəliyin yayılmasının səbəbi soyuq hava deyil, qapalı şəraitdir:
"Soyuq aylarda infeksion, hava-damcı yolu ilə keçən xəstəliklər artır. Bunun əsas səbəblərindən biri soyuq deyil, soyuq hava səbəbindən insanların qapı, pəncərəni bağlayıb, bir yerə toplaşmasıdır. Düzgün qidalanan, normal geyinən, xəstə ilə təmasda olmayan insana soyuq ciddi təsir etmir". / oxu.az

Maraqlı     Baxılıb: 136   Tarix: 21 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO. Rusiyanın Saxalin vilayətinin Xolmoqor şəhər dairəsində, Leninin abidəsinin təmiri və bərpası işləri zamanı 1970-ci ildə gələcək nəsillərə mesaj kimi qoyulmuş zama

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO. Mövsümi meyvələrin ucuzlaşması ilə bağlı məlumatlar var. Xüsusən də alça və çiyələyin qiymətində azalma müşahidə olunur. Məhsullara hər yerdə, üstəli

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i


azerbaycan xeberleri son xeberler yeni xeberler en son xeberleri sosial yardim maraqlı xəbərlər son.xeber