Buzlu şüşə diaqnozu qoyulan koronavirus xəstələri nə etməlidirlər? - Həkimdən AÇIQLAMA

Buzlu şüşə diaqnozu qoyulan koronavirus xəstələri nə etməlidirlər? - Həkimdən AÇIQLAMABuzlu şüşə diaqnozu qoyulan koronavirus xəstələri nə etməlidirlər? - Həkimdən AÇIQLAMA
Əgər təqribən 15-20 faizdən çox buzlu şüşə mənzərəsi varsa, dərhal müalicə başlamalıdır.
Bunu Azərbaycan Tibb Universitetinin həkimi Aydın Əliyev deyib.
Onun sözlərinə görə, bütün əhaliyə laborator və instrumental müayinələrin nəticələrində əsaslı dəyişiklik olan xəstələrin nə etməli olması elan edilməlidir:
"İnsanlar bilmir ki, nə etsin! Təcili yardım çatdırmır, sahə həkimləri çatdırmır və əksəriyyəti bu sahə üzrə bilgisizlikdən çox fərqli reseptlər yazır! Xəstəliyin əlamətləri müxtəlif insanlarda çox fərqlidir və bu, həm həkimləri, həm də xəstələri çox çaşdırır! Bəzən heç qızdırması olmayan xəstənin vəziyyəti çox ağırlaşır, bəzən qızdırması olan insan xəstəliyi yüngül keçirir, bəzən də həm qızdırma, həm də ağırlaşma olur.
Xüsusən yanaşı xəstəlikləri olan şəxslər hər hansı şikayətlər - başağrı, boğaz ağrısı və qıcıqlanması, burun tutulması, burun axması, öskürək, döş qəfəsində ağrı və ağırlıq hissi, təngnəfəslik, boğulma, hava çatışmazlığı, kürək ağrıları, bəzən ishal-diareya, əzələ-oynaq ağrıları, halsızlıq, iştahsızlıq, hərarətin yüksəlməsı, ürəkbulanma, qusma və s. oxşar şikayətlər zamanı ilk növbədə COVID-dən şübhələnməli, burun-udlaqdan və ağız-udlaqdan (boğazdan-əsnəkdən, burundan) yaxma-sıyrıntı-test analizi verilməlidir! Test analizi mənfi çıxıbsa, lakin yuxarıdakı saydığımız şikayətlər büruzə verilib artırsa, mütləq döş qəfəsi orqanlarının KT müayinəsi edilməlidir!"
A.Əliyev qeyd edib ki, əgər təqribən 15-20 faizdən çox buzlu şüşə mənzərəsi varsa, dərhal müalicə başlamalıdır. KT müayinəsində buzlu şüşə mənzərəsi 30 faizdən çox olanlar, xüsusən yanaşı xəstəliyi olan xəstələr mütləq stasionar müalicə almalıdırlar:
"Bu halda təcili yardım və qaynar xətlərə davamlı zəng edib stasionar müalicə tələb edin! KT müayinəsində 50 faizdən çox buzlu şüşə görüntüsü olan xəstə görmüşəm ki, şikayəti çox cüzidir. Belə xəstələrdə qəfləti ağırlaşma və ölüm baş verə bilir!".
Həkim əlavə edib ki, yüngül şikayətləri olan, yanaşı xəstəliyi olmayan və xəstəliyin əlamətlərinin təzahüründən 5-12 günlərində KT müayinəsində 5-10 faizə qədər buzlu şüşə mənzərəsi olan şəxslər qəti panik vəziyyətə düşməsinlər, qəti surətdə antibiotiklərdən, deksametazon, damar daxili inyeksiyalardan-sistemlərdən istifadə etməsinlər! Bu yolla öz xəstəliklərini çox ciddi şəkildə ağırlaşdıra bilərlər!
Onun sözlərinə görə, test analiziniz müsbətdirsə, lakin heç bir şikayət, yanaşı ciddi xəstəlik, KT müayinəsində buzlu şüşə mənzərəsi yoxdursa heç bir müalicəyə ehtiyac yoxdur:
"Maska geyinmək (xüsusən KN95 və tibbi-cərrahi maska), 2 metr ara məsafəsi saxlamaq və əlləri 70-95 faizli etil spirti əsaslı məhlullarla dezinfeksiya etmək, bir yerə toplaşmamaq, yas yerlərinə getməmək, əl ilə görüşməmək, öpüşməmək çox vacibdir!"
Trend /oxu.az

Sosial       Tarix: 14 dekabr 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama

"Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də "çoxuşaqlı ailə" anlayışına yenidən baxılması ilə bağlıdır. Təklifə əsasən, mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrin çoxuşaql

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezenesi sou biznes son.xabar xeberler bugun