Buzovna qayalarındakı qanunsuz tikililərin sökülməsinə kim əngəl törədir? - "Bizə tapşırıq verilməyib" + FOTO

Buzovna qayalarındakı qanunsuz tikililərin sökülməsinə kim əngəl törədir? - Buzovna qayalarındakı qanunsuz tikililərin sökülməsinə kim əngəl törədir? - "Bizə tapşırıq verilməyib" + FOTO
Bakının qədim tarixə malik olan yerlərindən biri də Xəzər rayonunun Buzovna qəsəbəsidir. Buradakı qayalar isə Buzovnanın rəmzidir desək, yanılmarıq. Lakin bir müddətdir ki, bəzi şəxslər tarixi heçə sayaraq həmin qayaları qanunsuz şəkildə mənimsəyib öz mülklərinə çevirməyə çalışırlar. Hətta iyun ayının 13-də Buzovna sakinləri tarixi qayaların zəbt edilməsiylə bağlı Prezident İlham Əliyevə müraciət etdilər. Onlar Xəzər sahilinin qısa müddətdə hasarlandığını və qayaların üzərində yeni tikililərin ucaldıldığını bildirdilər. Sakinlər dənizin yaxınlığında 20-50 metrlik zolağı özəlləşdirib ictimai istifadə üçün bağlamağın qanun pozuntusu olduğunu vurğulayaraq Prezidentin məsələyə müdaxilə etməsini xahiş etdilər. Bu hadisədən bir neçə gün sonra isə Prezident İlham Əliyevin Xəzər dənizinin sahilboyu ərazilərinin qanunvericiliyin tələblərinə uyğun olaraq bərpa edilməsi və insanların dəniz sahilinə sərbəst giriş-çıxışının təmin edilməsi ilə bağlı Sərəncam verdi. 
Nəticədə 22 iyundan etibarən Bakı Şəhər İcra Hakimiyyəti qanunsuz hasar və tikililərin söküntüsünə başlanıldığına dair məlumat yaydı. Bildirildi ki, ərazi təmizlənəcək, təmizlənən sahələr çimərliyə birləşdiriləcək və oraya daim nəzarət olacaq. Məlumatda əks olunduğu kimi, doğrudan da, qısa müddətlik olsa da, ərazidə söküntü işləri aparıldı. Qayalıqlara atılan zibillərin oradan toplanmasına dair görüntülər yayıldı. Lakin həqiqət heç də görüntülərdəki kimi deyil. Belə ki, bu gün qayalıqlara baş çəkdikdə tamam fərqli mənzərənin şahidi olduq. 
Dəniz sahilindəki qanunsuz hasarların bir hissəsi sökülmüş olsa da, qayalar üzərində yerləşən tikililərin böyük qisminə hələ də əl dəyməyib. Üstəlik, üç ay əvvəlki söküntünün tullantıları da ərazidən tam təmizlənməyib. Vəziyyətdən narazı olan sakinlər bildirirlər ki, qayaların bir hissəsini hər həftəsonu iməcilik təşkil edərək təmizləsələr də, böyük bir hissə hələ də zibilli vəziyyətdədir:
Buzovna qayalarındakı qanunsuz tikililərin sökülməsinə kim əngəl törədir? - "Qanunsuz tikililərin bir neçəsi hələ də qalıb, sökülmür və təmizlik işləri getmir. Etirazlarımızdan sonra bu gün Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələri gəlib, indi təmizlik işlərinə başlayıblar, ümid edirik, davam edəcək. 2016-cı ildə Prezidentin tapşırığı ilə sahil xətti təyin olunub. Qanuna qalsa, buradakı əvvəldən tikilmiş evlər də sökülməlidir. Amma biz ev sökən deyilik, sadəcə qayaların üzərindəki yeni tikililərin sökülməsini və tullantıların təmizlənməsini istəyirik. Bəzi tikililər isə təbii sərvətin üzərindən geri çəkilməlidir".
Təmizləmə işlərinə nəzarət edən Xəzər Rayon İcra Hakimiyyəti başçısının Buzovna inzibati ərazi dairəsi üzrə nümayəndəsi Emin Əliyev isə Oxu.Az-a ərazidə hazırda heç bir tikinti işinin aparılmadığını deyir:
Buzovna qayalarındakı qanunsuz tikililərin sökülməsinə kim əngəl törədir? - "Biz söküntüdən qalan tullantılardan ərazini təmizləmək üçün buradayıq. Tapşırıq verilən yerlər sökülüb, indi isə təmizləmə işləri gedir. Bir müddət əvvəl sol tərəfdəki qayaların üzərini təmizlədik, kənd sakinləri iməcilik təşkil etdilər, icra hakimiyyəti texnika və "KamAZ" verdi. Qayaların üzərindən 130-140 maşına yaxın tullantı çıxarıldı. İndi də buranı təmizləyirik, sakinlər də yenə iməcilik təşkil edirlər. Təmizlik işləri tam yekunlaşmayıb. Söküntü işlərinə nə vaxt başlanılacağı barədə isə dəqiq məlumat verə bilmərəm. Bizdə texniki sahə məhduddur deyə işi mərhələli şəkildə icra edirik. Qəsəbə böyükdür, təkcə bu hissədə işlər görülmür, digər ərazilər də var".
İcra nümayəndəsi qeyd edir ki, haranın sökülməsiylə bağlı göstəriş verilibsə, orada söküntü işi aparılıb:
Buzovna qayalarındakı qanunsuz tikililərin sökülməsinə kim əngəl törədir? - "Qayanın üzərindəki sökülməyən tikili ilə bağlı hələ ki göstəriş almamışıq, tapşırıq verilən kimi o da söküləcək, kimə məxsus olduğunu bilmirik, sahibləri burada yaşamırlar, arabir gəlirlər, 15 ildən çoxdur ki, o tikili qayanın üzərində var. Proses mərhələli icra olunur. Yəqin, o da sökülər. Bəzən olur ki, iş bir gün dayanır, sonrakı gün təkrar davam edir".
Ərazidəki bir digər problem isə bağ evlərinin kanalizasiya sularının dənizə axıdılmasıdır. Həmin hissənin çimərlik kimi istifadə olunması isə "nəzarət"in nə qədər güclü olduğunun əsl sübutudur. Görünən odur ki, bu gün məsul şəxsləri nə tarix, nə dənizin çirkləndirilməsi, nə natəmiz görüntü, nə də üfunət qoxusu maraqlandırır. Bu özbaşınalıqları kimlərin etdiyi isə sirr olaraq qalır. 
Buzovna qayalarındakı qanunsuz tikililərin sökülməsinə kim əngəl törədir? - Daha çox foto burada: Photostock.az
Sayad Həsənli

Maraqlı       Tarix: 07 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Azad Ajans – Azərbaycanda Yeganə Rəsmi TikTok Canlı Yayım Ajansı

Son illərdə sosial media platformalarında, xüsusilə TikTok üzərindən canlı yayım trendləri sürətlə artmaqdadır. Minlərlə istifadəçi öz istedadını nümayiş etdirmək, izləyici kütləsini artırmaq və gəlir əldə etmək məqsədil

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO. Rusiyanın Saxalin vilayətinin Xolmoqor şəhər dairəsində, Leninin abidəsinin təmiri və bərpası işləri zamanı 1970-ci ildə gələcək nəsillərə mesaj kimi qoyulmuş zama

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO. ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib

Nirezo Official Azərbaycanın tanınmış endirim bloqu

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosia

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi. İspaniyada dünyada ilk dəfə olaraq insanlarda onlarla siçovul hepatiti E-yə yoluxma halı müəyyən edilib. Bu barədə "El Pais" qəzetində yazı dər

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb


azerbaycan xeberleri yeni xeberler son xeberler xankendi hava bu gunun xeberleri haqqinda melumat xeber.az