Çalışmaq istəyən gənclər, #işvar!
Çalışmaq istəyən gənclər, #işvar!
Gənclərin İnkişaf və Karyera Mərkəzi regionlarda yaşayan ictimai fəal gənclər üçün yeni vakansiyalar elan edir!
Bununla əlaqədar Ağdaş, Ağsu, Ağstafa, Astara, Beyləqan, Daşkəsən, Füzuli, Gədəbəy, Hacıqabul, İmişli, Kürdəmir, Lerik, Mingəçevir, Naftalan, Neftçala, Qobustan, Salyan, Siyəzən, Şirvan, Tovuz, Ucar, Xızı, Yardımlı və Zərdab rayonlarında Gənclərin İnkişaf və Karyera Mərkəzlərinə direktor, könüllülər üzrə mütəxəssis, tədbirlər və layihələr üzrə mütəxəssis və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis vəzifələrinə vakansiyalar elan edilir.
Gənclərin İnkişaf və Karyera Mərkəzi qeyd edilən rayonlarda yaşayan, istedadlı, ictimai və sosial sahələrdə fəal, ali təhsilli və qeyd olunan vəzifə tələblərinə uyğun gələn gəncləri (29 yaşadək olan) müraciət etməyə dəvət edir. Müraciət etmək istəyən şəxslər Gənclər Fondunun rəsmi internet saytı (www.youthfoundation.az/vakansiyalar) və "GencApp" mobil tətbiqi vasitəsilə 15 oktyabr 2020-ci il tarixinə qədər onlayn qeydiyyatdan keçə bilərlər.
Müraciət edən namizədlərin nəzərinə:
İşə qəbul olunduqları halda, müraciət etdiyi region üzrə GİKM tam ştat işçisi olaraq qeydə alınacaqlar, başqa sözlə, hazırda işlədikləri iş yerini tərk etməli olacaqlar.
Həmçinin, qeyd olunan vakansiyaları tutacaq gənclər daimi olaraq adları çəkilən şəhər və rayonlarda yaşamalıdırlar. /oxu.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb