Camaatın kişiləri ilə atlanıb-düşürlər, amma mənə...' - Mədinə

Camaatın kişiləri ilə atlanıb-düşürlər, amma mənə...' - Mədinə"Dırnaq uzatmaq günahdır, camaatın kişilərinə atlanıb-düşmək günah deyil?"
Bu sözləri "Kristal" qrupunun sabiq rəhbəri, prodüser, bu yaxınlarda müğənniliyə başlayan Mədinə Məlik Oxu.Az-a açıqlamasında deyib. Mədinə Məlik oruc tutmağını reklam edən məşhurlardan gileylənib: "Oruc tutmaq o demək deyil ki, ağzımı bağladım, yemədim və ac oturdum. Əgər oruc tutub, namaz qılırsansa, niyə bunu reklam edirsən? Bu yaxında bir müğənni məndən soruşdu ki, "Necə belə uzun dırnaqla hərəkət edirsən? Mən namaz qılıram, ona görə də dırnaq saxlamaq olmaz mənə".
Dedim, "canım, dırnaq günahdır, amma səhnədə camaatın kişilərinə atlanıb-düşmək günah deyil?" Qrup üzvləri ilə arasının yaxşı olduğunu vurğulayan Mədinə yeni qrup yaratsa, oraya yalnız balacaları cəlb edəcəyini bildirib: "Bütün qrup üzvləri ilə aram yaxşıdır. Hətta vaxtı ilə məndən inciyən qızlar da deyirlər ki, "Mədinə xanım, yaxşı ki, bizi o vaxtlar sıxmısınız, yoxsa indi belə yaxşı olmazdıq". Qaldı ki qrup yaratmağa, təkliflər çoxdur, ancaq mən istəyən kimi qızlar yoxdur. Mənim qızlarım telefon işlətmirdilər, mənim qızlarım "Instagram"da, "Facebook"da deyildilər. İndi elə qızlar yoxdur, qrup yaratsam, doqquz-on yaşlarında balaca qızları götürərəm".
"Bu qədər sevənlərimin olacağını bilsəydim, çoxdan ifa edərdim" deyən ifaçı yalnız oğlunun istəyi ilə bu sənəti atacağını deyib: "Mən bilmirdim ki, bu qədər maraqlı olacam insanlara. Şou-biznesdə şou sözü yox idi, Mədinə var idi. Məni şou-biznesdən yalnız övladım uzaqlaşdıra bilər. Övladım, ola bilər ki, desin, "ana, mən istəmirəm, sən səhnədə ifa edəsən, restoranda çalışasan". Mən deyərəm, baş üstə. Oğlumu azad bir şəxsiyyət kimi böyütmüşəm. Heç vaxt heç kimin ayağına verməmişəm, kobud söz deməmişəm.
Mən çox xoşbəxtəm ki, biz onunla dostuq. Hansı sahəni seçsə, mən onun yanındayam. O, biznesi, marketinqi seçdi. Bir də evlənmək məsələsində zor tətbiq etmək lazım deyil. Mənim oğlum kimi sevib-seçsə, o mənim başımın tacıdır. Mən uşağımı atasız, tək böyütmüşəm. O, ata nəvazişi görməyib, mənim sevgimi, mənim nəvazişimi görüb. Ancaq buna baxmayaraq, onu əsl kişi kimi yetişdirmişəm". Vaxtı ilə "Kristal" qrupunu yaradanda İradə İbrahimova ilə söhbətimdə demişdim ki, məni hamı tərifləyir. Dedi ki, "sən heç nəyə nail olmamısan. Səni pisləməyə başlayanda bil ki, ucalmısan".  İllər keçdikcə gördüm ki, o pisləyir, bu pisləyir. O zaman bildim ki, artıq mən ucalıram".

Şou Biznes       Tarix: 01 may 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

Necla Uyqur vəfat etdi

Türkiyəli aktrisa Necla Uyqur 89 yaşında vəfat edib. Sənətçinin vəfatı ilə bağlı oğlu Behzat Uyqur sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Necla Uyqur mərhum aktyor Nejat Uyqurun həyat yoldaşı olub. Cütlüyü

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri

Bred Pittin yeni sevgilisi - Foto

Hollivud ulduzu Bred Pitt sevgilisi, zərgərlik dizayneri İnes de Ramonla birgə ictimaiyyət qarşısına çıxıb. Cütlük aktyorun yaxın dostu Corc Kluninin fondunun təşkilatçılığı ilə keçirilən "The Albies" mərasimind

Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi

"Son günlər sosial şəbəkələrdə şəxsimi hədəf alan, həqiqətə uyğun olmayan iddialarla aparılan qarayaxma kampaniyasını diqqətlə izləyirəm. İlk növbədə, hər kəs bilməlidir ki, heç kimin mənim türklüyümü, müsəlmanlığım

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

Yenidən məhkəmədə üz-üzə gələcəklər

Dünyaca məşhur müğənni Şakira və "Barselona"nın sabiq futbolçusu Jerar Pike oğlanları ilə görüş qaydalarını müzakirə etmək üçün yenidən Barselona məhkəməsində üz-üzə gələcəklər. "EL PAÍS" nəşri xəbər veri

Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı

Lvbel C5 səhnə adı ilə tanınan türkiyəli reper Süleyman Burak Bodur saxlanılıb. Bu haqda "Sözcü" məlumat yayıb. Onun saxlanılmasına səbəb azərbaycanlı reper Asya Əlizadə ilə birgə ifa etdiyi "K" mahnıs


azerbaycan xeberleri yeni xeberler son xeberler azerbaycanda son xeberler apa.az xeberler bugünkü son xəbərlər maşın realiti şou