CAR Putini həbs etmək istəmədiyi üçün hiylə işlədir
CAR Putini həbs etmək istəmədiyi üçün hiylə işlədir
Cənubi Afrika Respublikasının hakimiyyət orqanları Çindən bu il BRİKS sammitinə ev sahibliyi etmələrini istəyə bilər.
Bu barədə "Reuters" yüksəkrütbəli hökumət rəsmisinə istinadən məlumat yayıb.
Tədbirin avqustun 22-24-də Yohannesburqda keçirilməsi planlaşdırılır.
Bildirilir ki, CAR Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Rusiya Prezidenti Vladimir Putinin həbs edilməsi tələbi ilə bağlı müzakirələrdən yayınmaq üçün bunu etmək istəyir.
Qeyd edək ki, Cənubi Afrika Respublikası BCM-in üzvüdür və onun yurisdiksiyasına tabedir, ona görə də məhkəmənin işdə şübhəli hesab etdiyi şəxsləri həbs etməyə borcludur. Beləliklə CAR Rusiya lideri ölkə ərazisinə gələrsə, onu həbs etməli olacaq.
Çin isə Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanımır.
Qeyd edək ki, BCM martın 17-də Vladimir Putinin həbsinə order verib. Məhkəmə müəyyən edib ki, Vladimir Putin uşaqların Ukraynadan qanunsuz deportasiyası ilə bağlı hərbi cinayətlərə görə məsuliyyət daşıyır.
Aprel ayında Cənubi Afrika hakimiyyəti Putini BRİKS sammitinə dəvət edib. Mayın 12-də Vladimir Putin Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa ilə telefonla danışıb. Onlar BRİKS sammitinə hazırlıq məsələlərini müzakirə ediblər. "Sunday Times" qəzetinin yazdığına görə, Cənubi Afrika hakimiyyəti Rusiya ilə BCM-in qərarı üzrə BRİKS sammitinin əyani-qiyabi formatını müzakirə edir. / oxu.az

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
İsraildən ŞOK HƏDƏ: "Tehranı azad edəcəyik"
Kreml nöqtəni qoydu: "Qara dənizdəki gəmilər məhv ediləcək"