Çayı qətiyyən belə içməyin: ÖLDÜRÜR
Çay, xüsusilə soyuq havalarda bədəni isidən və gündəlik olaraq sevilərək içilən içkilərdəndir. Lakin bəzi hallarda çayın qəbulunun təhlükəli nəticələr doğura biləcəyi məlum olub. Çayın yüksək miqdarda və ya çox isti formada qəbul edilməsi orqanizm üçün zərərli ola bilər, hətta ölüm riski yarada bilər
Bəs çay içərkən hansı hallara diqqət etməliyik ki, sağlamlığımız təhlükəyə düşməsin?
KONKRET.az çay içərkən diqqət edilməli məqamları təqdim edir:
Çayı həddən artıq isti içmək: Araşdırmalar göstərir ki, çox isti içki, o cümlədən çay içmək, qida borusu xərçənginin riskini artıra bilər. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) çayın 60 dərəcədən yüksək temperaturda içilməsini təhlükəli hesab edir. Çayın soyumasını gözləmədən içmək qida borusunda termik yanmalara, uzun müddətdə isə xərçəng riskinə səbəb ola bilər.
Çayın normadan artıq miqdarda içilməsi:Gün ərzində çoxlu miqdarda çay içmək də sağlamlığa zərər verə bilər. Çayın tərkibində yüksək miqdarda kafein və tein maddələri var ki, bu da maddələr ürək ritmini pozmağa, qan təzyiqini artırmağa və həzm sistemi ilə bağlı problemlərə səbəb ola bilər. Ən təhlükəli hallardan biri isə bədənin kalsiumu azaldaraq sümüklərin zəifləməsinə və sonda sümüklərin ərimə riskinə səbəb olmasıdır.
Çayı dərmanlarla birgə içmək: Çayın tərkibində olan bəzi maddələr dərmanların təsirini azalda və ya onlarla qarşılıqlı təsirə girərək xoşagəlməz nəticələr doğura bilər. Xüsusilə dəmir qəbul edən şəxslər üçün çay içmək dəmirin orqanizmdə sorulmasını çətinləşdirir. Məhz bu səbəbdən həkimlər dərman qəbul etdikdən dərhal sonra çay içməyi məsləhət görmür.
Mədə problemləri olanlar üçün böyük risk: Çayın tərkibində olan turşular mədə problemi yaşayan insanlar üçün xüsusilə risklidir. Qastrit, mədə xorası kimi xəstəlikləri olanlar çoxlu miqdarda çay içərsə, mədə turşuluğu arta və bu, xəstəliklərinin daha da ağırlaşmasına gətirib çıxara bilər.//Musavat

Putin: Bu, müharibənin davam etməsi deməkdir
Bakı Media Mərkəzinin 'Sükut içində addımlar' filminin təqdimatı olub
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
7 uşaq atası söyüşə görə CƏRİMƏLƏNDİ
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
Marsol Group partnyorları kişi geyimləri mağazasının açılışında- FOTOLAR
Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub
Azercell 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib
İlham Əliyev 'Avropa Siyasi Birliyi'nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
"Azərsun Holdinq" yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
PSJ-dən Arda Gülerə üçqat maaş təklifi
Türkiyə Sergen Yalçınla ilk oyununda uduzdu
ADNSU əməkdaşının məqaləsi "Times Higher Education" platformasında dərc olundu