"Cəbrayılın azadlığı Zəfər yolunun mühüm mərhələsi idi" – Deputat
"Cəbrayılın coğrafi mövqeyi onun iqtisadi və logistika əhəmiyyətini də artırır"
azxeber.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Könül Nurullayeva Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümü ilə bağlı saytımıza açıqlamasında deyib.
Deputat bildirib ki, 2020-ci il oktyabrın 4-də Azərbaycan Ordusunun Cəbrayıl şəhərini və rayonun bir sıra kəndlərini işğaldan azad etməsi 44 günlük Vətən müharibəsinin mühüm mərhələlərindən biri olub:
"Cəbrayılın azad olunmasının çox böyük tarixi və strateji əhəmiyyəti var. Bu, Vətən müharibəsi zamanı işğaldan azad edilən ilk şəhər idi. Cəbrayıl istiqamətində əldə olunan qələbə Azərbaycan Ordusunun qarşısında yeni strateji imkanlar açdı və sonrakı hərbi əməliyyatların uğurla davam etdirilməsinə şərait yaratdı".
Könül Nurullayeva qeyd edib ki, Cəbrayıl istiqamətində əldə olunan uğurlar 2016-cı ilin Aprel döyüşlərində qazanılan nəticələrlə də bağlıdır:
"Azərbaycan Ordusunun Aprel döyüşləri zamanı strateji yüksəklikləri nəzarətə götürməsi Cocuq Mərcanlı kəndinin təhlükəsizliyinin təmin olunmasına və uzun illərdən sonra burada həyatın bərpasına imkan verdi. Cocuq Mərcanlının yenidən qurulması və sakinlərin doğma yurdlarına qayıtması Böyük Qayıdış siyasətinin ilkin nümunələrindən biri oldu".
Deputatın sözlərinə görə, Cəbrayılın azad edilməsindən sonra rayonun tarixi-mədəni irsinin bərpası ilə yanaşı, burada genişmiqyaslı quruculuq işlərinə də başlanılıb:
"Xudafərin körpüsündə Azərbaycan bayrağının ucaldılması tarixi və mənəvi baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu gün isə Cəbrayılda yeni yaşayış məntəqələri salınır, müasir sosial obyektlər yaradılır, yollar və kommunikasiya xətləri çəkilir. Bütün bunlar rayonun yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir".
Könül Nurullayeva Cəbrayılın coğrafi mövqeyinin onun iqtisadi və logistika əhəmiyyətini də artırdığını vurğulayıb:
"Cəbrayılın nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsi, logistika infrastrukturunun yaradılması və Xudafərin istiqamətində sərhəd-gömrük infrastrukturunun formalaşdırılması rayonun Şərqi Zəngəzurun iqtisadi inkişafında rolunu daha da artırır. Burada həyata keçirilən layihələr təkcə Cəbrayılın deyil, bütövlükdə regionun iqtisadi və nəqliyyat imkanlarının genişlənməsinə xidmət edir".
Deputat diqqətə çatdırıb ki, Cəbrayılın bugünkü reallığının əsas göstəricilərindən biri keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışıdır:
"Bu gün Cəbrayıl sakinləri illərlə həsrətində olduqları doğma torpaqlarına qayıdırlar. 2026-cı ilin sentyabr ayının sonuna olan göstəricilərə əsasən, rayon üzrə 1 600-dən çox ailənin, 7 mindən artıq insanın qayıdışı təmin olunub. Bu, Böyük Qayıdışın real nəticəsidir".
Könül Nurullayeva əlavə edib ki, Cəbrayılın bərpası yalnız dağıdılmış yaşayış məntəqələrinin yenidən qurulması ilə məhdudlaşmır:
"Əsas məqsəd Cəbrayılı müasir, dayanıqlı, rahat və iqtisadi baxımdan fəal yaşayış məkanına çevirməkdir. Bu gün burada aparılan quruculuq işləri rayonun gələcək inkişafının möhkəm təməlini formalaşdırır".
Deputat qeyd edib ki, 4 oktyabrın Cəbrayıl Şəhəri Günü kimi qeyd olunması tarixi hadisələrin gələcək nəsillərə çatdırılması baxımından da mühüm əhəmiyyət daşıyır.
"Cəbrayıl Şəhəri Günü həm Zəfər tariximizin, həm şəhidlərimizin və Vətən müharibəsi iştirakçılarının fədakarlığının, həm də bu gün həyata keçirilən Böyük Qayıdış və quruculuq prosesinin rəmzlərindən biridir", - deyə deputat vurğulayıb.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

AzTV-nin operatoru Yusif Yaqubov vəfat edib
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb
10 yaşlı oğluna 1,6 milyon dollarlıq Ferrari hədiyyə etdi
3 oktyabr 1993-cü il – Azərbaycan dövlətçiliyinin yeni mərhələsinin başlanğıcı
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb - Yenilənib
Telefonun yaddaşı dolub? Fotolardan əvvəl bu 5 tətbiqi yoxlayın
Maaş və pensiyalar nə qədər artacaq? – Deputatdan YENİ SOSİAL PAKET açıqlaması
Manatla bağlı mühüm məlumat
62 yaşlı Monika Belluccinin sirri: hər gün 5 dəfə yeyir
Kofeinlə bağlı yeni kəşf: Qəhvə sevənlər bunu mütləq oxusun
Süni intellekt üçün hər ay ödəniş etməyə dəyərmi?
Zəhərli insanı bir söz demədən yerində oturtmaq üçün 5 psixoloji üsul
Ronaldo ilə görüşə bilərlər
İlham Əliyev Cüdo Federasiyasının prezidenti ilə bağlı sərəncam imzaladı