Cəlilabadda keçmiş məhkumdan 5 kiloqram heroin aşkarlandı
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb, onlardan birinin oğurluq əməlinin də üstü açılıb.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Cəfər Qurbanov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 20 qrama yaxın heroin aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsin yaşadığı evə keçirilən baxış zamanı həyətdəki yardımçı tikilidən ayrı-ayrı bağlamalarda ümumi çəkisi 5 kiloqrama yaxın heroin aşkarlanaraq götürülüb.
Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 4 nəfər rayon sakini – Əlövsət Məmmədov, Cavid Quliyev, Araz Mahmudov və Zülfüqar Eyvazov saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan narkotik vasitə heroin aşkarlanıb. Aparılan araşdırmalarla Z.Eyvazovun həmçinin Cəlilabad şəhəri ərazisindəki evlərdən birindən 400 manat dəyərində tikinti materialları oğurladığı da müəyyən edilib.
Faktlarla bağlı araşdırma aparılır.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var
"Mən sizinlə birlikdə Bakıya getməyə hazıram" - Ruben Vardanyanın həyat yoldaşı