Cənnətdən bir guşə: Laçının turizm imkanları ilə bağlı yeni layihəyə start verildi - VİDEO

Cənnətdən bir guşə: Laçının turizm imkanları ilə bağlı yeni layihəyə start verildi - VİDEOCənnətdən bir guşə: Laçının turizm imkanları ilə bağlı yeni layihəyə start verildi - VİDEO
Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşən Laçın turizm məkanı kimi də böyük  potensiala malikdir. Zəngin flora və faunası, sahəsi 21 min hektardan çox olan Laçın yasaqlığı və İlıqsu müalicəvi əhəmiyyətli mineral bulağı ərazinin turizm imkanlarını genişləndirir. Səthin dağlıq olması  gələcəkdə burada dağ və qış turizminin inkişafına təkan verəcək. 
Turizm üzrə ekspert Rəhman Quliyev bildirib ki, burada minlərlə müalicəvi əhəmiyyətli bitkilər var:
"Turşsu var, Çardaqlı var. Müalicəvi əhəmiyyətli mineral suları var. Laçının  relyefi çox gözəldir. Qış turizminin inkişafı üçün xüsusi potensial mövcuddur. Biz onlardan istifadə edə bilərik. Qış kurort - qış xizək kurort sanatoriyaların tikilməsi məqsədəuyğundur".
Laçın tarixi keçmişi zəngin olan bir ərazidir. Burda 300-ə yaxın tarixi, mədəniyyət və memarlıq abidələri var. Abidələrin əksəriyyəti Qafqaz Albaniyası dövrünə aiddir.
Rayonun təbiəti yeni turizm növlərinin tətbiqinə də şərait yaradır. Azərbaycan Turizm Assosiasiyası (ATA) bu məqsədlə layihələr üzərində işləyir.
Qurumun İdarə Heyətinin sədri Əhməd Qurbanov deyib ki Laçında hər zaman, toxuculuq, misgərlik kimi sənət növləri olub:
"Biz gələcəkdə turistlərə onu yeni turizm növü kimi təqdim edə bilərik ki, onlar öz gözləri ilə bu tariximizi görsünlər. Yol-nəqliyyat infrastrukturu inkişaf etdikdən sonra burada yeni marşrut xətləri çəkiləcək və turizm  qurumları tərəfindən yeni turizm marşrutları yaradılacaq".
Bildirilib ki, Azərbaycan Turizm Assosiasiyası işğaldan azad olunmuş ərazilərdə "Qarabağ Azərbaycandır" layihəsinə start verib. Layihə çərçivəsində Laçında da yeni turizm marşrutlarının hazırlanması ilə bağlı işlər görülür. 
Daha ətraflı AZTV-nin videosüjetində:

/oxu.az

Turizm       Tarix: 02 dekabr 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

AZAL Londonun daha bir hava limanına uçuşlara başladı - FOTO

AZAL Londonun daha bir hava limanına uçuşlara başladı - FOTO. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 17-dən Bakıdan Londonun daha bir hava limanına - Qetvikə reyslərin icrasına başlayıb. Bu barədə "Azərbayca

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO. Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməs

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə əməkdaşlıq çərçivəsində aviadaşımaları və səyahətləri geniş auditoriy

AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır

AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır. Azərbaycanın milli aviadaşıyıcısı AZAL marşrut şəbəkəsini genişləndirməyə davam edir. Aviaşirkət mayın 8-dən etibarən Bakıdan Rusiyanın daha bir şəhərinə - Qroznıya müntəzə

Milli Aviasiya Akademiyası Kapadokya Universiteti ilə birgə AZAL üçün mütəxəssislər hazırlayacaq

Milli Aviasiya Akademiyası Kapadokya Universiteti ilə birgə AZAL üçün mütəxəssislər hazırlayacaq. "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin nəzdində fəaliyyət göstərən Milli Aviasiya Akademiyası (MAA) Türkiyəni

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 7–23 may 2024-cü il tarixlərində Bakı və Dubay arasında olan uçuşlara xüsusi təklif təqdim edir. Bu barədə "Azərbaycan Hav

Azərbaycandan ötən il Ümrə ziyarətinə gedən zəvvarların sayı AÇIQLANDI

Azərbaycandan ötən il Ümrə ziyarətinə gedən zəvvarların sayı AÇIQLANDI. "Ötən il Azərbaycandan Ümrə ziyarətinə gedən zəvvarların sayı 15 min nəfəri keçib". "Report" xəbər verir ki, bunu Bakıda səfərd

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO. Bakıdan Rusiyanın Omsk vilayətinə son 10 ildə ilk dəfə yola düşən təyyarə təyinat nöqtəsinə çatıb. Bu barədə Omsk hava limanının mətbuat xidməti "Telegram" kanalınd

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO. Yaz fəslinin ikinci ayını başa vurmaq üzrəyik. Havaların isinməsi ilə əlaqədar turizm sektorunda da canlanma müşahidə olunur. 2020-c


son xeberler yeni xeberler azerbaycan xeberleri qarabag son xeber xeberler bu qun xeberler az