Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edibAzərbaycan xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Sammiti çərçivəsində Banqladeş Xalq Respublikasının xarici işlər üzrə dövlət naziri Humayun Kabir ilə görüşüb.
azxeber.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, görüşdə AQEM-in VII Sammitinin uğurlu nəticələri məmnunluqla qeyd olunub, Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri, eləcə də beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Tərəflər Azərbaycan və Banqladeş arasında siyasi dialoqun və qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayaraq, ikitərəfli əlaqələrin müxtəlif istiqamətlər üzrə genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər. Diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi barədə razılaşmanın əhəmiyyəti vurğulanıb.
Enerji, təhsil, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafı, bu istiqamətlərdə mövcud imkanlardan səmərəli istifadə edilməsi və xalqlar arasında əlaqələrin gücləndirilməsi məsələlərinə toxunulub.
Görüş zamanı BMT çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb. Banqladeşin xarici işlər naziri olan BMT Baş Assambleyasının Prezidenti ilə keçirilmiş görüş məmnunluqla xatırlanıb, çoxtərəfli platformalarda birgə səylərin davam etdirilməsinin vacibliyi qeyd olunub.
Həmçinin gələn il Azərbaycanın ev sahibliyi ilə keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Sammiti və bu çərçivədə əməkdaşlıq imkanları müzakirə edilib.
Nazir Ceyhun Bayramov Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın, o cümlədən Parlament Şəbəkəsi və Gənclər Təşkilatının fəaliyyətinin əhəmiyyətini vurğulayıb, bu mexanizmlər vasitəsilə parlamentlərarası və gənclər arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edibCeyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edibCeyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edibCeyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Siyasi       Tarix: 16 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

"QATAR GETDİ": İranla müharibənin bitməsi belə "respublikaçı"ları xilas edə bilməyəcək

POLITICO nəşrinin yeni sorğusu göstərir ki, Donald Trampın noyabrda keçiriləcək Konqres seçkiləri ərəfəsində amerikalı seçicilərin əhvalını dəyişməsi olduqca çətin olacaq. Hətta İranla müharibənin başa çatması, benzinin ucuzlaşmas

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - FOTO

Kamboca Krallığının Baş naziri Hun Manet Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində oktyabrın 13-də Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən müəssisələri ziyarət edib. xəbər verir ki, bu barəd

Bank Respublika böyüməyə davam edir: üçüncü rübün maliyyə nəticələri

 Azərbaycanın aparıcı banklarından biri olan Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb. İlin ilk doqquz ayında əsas maliyyə göstəricilərində artım qeydə alınıb, Bankın kapital mövqeyi möhkəmləni

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Ərdoğanın baş müşaviri Oqtay Saralın məktəblərdə vahid geyim formasının tətbiqinə etiraz olaraq, "hicablı tələbələrin təhsil hüququnun əngəllənməsi qəbul edilməzdir" açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə

Zelenski Brüsselə getdi - Onlarla görüşəcək

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Şurasının iclasında iştirak etmək və tərəfdaşları ilə danışıqlar aparmaq üçün Brüsselə gedib. xəbər verir ki, o bu barədə özünün teleqram kanalında məlumat verib. Zelenskinin NAT

Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib

Pakistanın Bakıdakı səfirliyi Azərbaycanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə səfirliyin "X"

İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə komitənin kollektivini və paralimpiyaçıları təbrik edib. xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı müraciətində qey

Azərbaycanın səfiri Pakistan Prezidentinə etimadnaməsini təqdim edib

Azərbaycanın Pakistandakı səfiri İrfan Davudov etimadnaməsini ölkə Prezidenti Asif Əli Zərdariyə təqdim edib. KONRKET.azxəbər verir ki, bu barədə Pakistan Prezidenti ofisinin "X" sosial şəbəkəsindəki məlumatınd

İlham Əliyev İranın daxili işlər nazirini qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də İran İslam Respublikasının daxili işlər naziri İsgəndər Momenini qəbul edib. Dövlətimizin başçısı ölkələrimiz arasında bütün istiqamətlərdə olduğu kimi, təhlükəsizlik


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta mezennesi 2026 son xeber hava haqqinda bugünki xəbərlər