Ceyhun Bayramov Devid Harrisi qəbul etdi
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Xarici İşlər Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, nazir Ceyhun Bayramov Devid Harris ilə BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində keçirilmiş görüşə və Amerika Yəhudi Komitəsi ilə aparılmış müzakirələrə məmnunluqla istinad edib.
Tərəflər, Azərbaycan hökuməti ilə yəhudi icmaları arasında əməkdaşlığın inkişafından razılıq ifadə ediblər.
Nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində tərəfimizdən atılan addımlar, habelə Ermənistanın davam edən hərbi təxribatları, iki gün öncə Azərbaycanlı hərbi qulluqçunun öldürülməsi və buna görə Ermənistanın məsuliyyət daşıması barədə məlumat verib.
Devid Harris görüşə və təqdim olunmuş məlumata görə təşəkkürünü bildirib. Bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin olunmasının vacibliyini vurğulayıb.
Görüşdə tərəflər, həmçinin Azərbaycan ABŞ münasibətlərinin inkişafı perspektivləri, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı