Ceyhun Bayramov Küveytə səfər edəcək
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan və Küveyt arasında Birgə Hökumətlərarası Komissiyanın iclasında iştirak etmək üçün aprelin 29-30-da bu ölkəyə səfər edəcək.
Bu barədə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Küveytin xarici işlər nazirinin müavini Cərrah Cabər əl-Əhməd əs-Sabahla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
Y.Rəfiyev qeyd edib ki, yüksək səviyyəli səfər mübadiləsi ikitərəfli münasibətlərin inkişafı üçün çox vacibdir.
"Biz nazir müavinləri səviyyəsində görüşdük və aprelin 29-30-da ölkəmizin xarici işlər naziri Ceyhun Bayramovun səfəri planlaşdırılır", - nazir müavini bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev Küveyt Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabaha Azərbaycana səfərlə bağlı dəvət göndərib:
"Ümid edirik ki, o, bu il Azərbaycana səfər edəcək".
Qeyd edək ki, Azərbaycan və Küveyt arasında Hökumətlərarası Komissiyanın sonuncu iclası 2013-cü il fevralın 14-də Bakı şəhərində keçirilib. Komissiyanın Azərbaycan tərəfdən həmsədri xarici işlər naziridir. / azxeber.com

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı