Ceyhun Bayramov Səudiyyə Ərəbistanının XİN başçısı ilə görüşdü - YENİLƏNDİ

Ceyhun Bayramov Səudiyyə Ərəbistanının XİN başçısı ilə görüşdü - YENİLƏNDİ26 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud ilə görüşüb.
XİN-dən KONKRET.az-a verilən məlumata görə, nazirlər arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.
Görüşdə Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ikitərəfli və çoxtərəfli münasibətlər gündəliyində duran məsələlər, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər, Yaxın Şərqdə vəziyyət müzakirə olunub.
Tərəflər ölkə rəhbərləri arasında qarşılıqlı hörmət və təmasların münasibətlərə xüsusi təkan verdiyini vurğulayıblar. Azərbaycan və Səudiyyə Ərəbistanı arasında mədəni yaxınlığın, tarixi dostluq münasibətlərinin, qarşılıqlı hörmət, dəstək və anlaşmanın əməkdaşlığın inkişafına təkan verdiyini, bu kimi səfər və təmasların da mövcud əməkdaşlığın daha da gücləndirilməsi imkanlarının müzakirəsi baxımından faydalı olduğunu diqqətə çatdırıb.
İki ölkə arasında siyasi, iqtisadi, ticarət, investisiyalar, energetika, humanitar sahələr üzrə əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə, həmçinin çoxtərəfli platformalar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı faydalı fəaliyyətin əhəmiyyəti vurğulanıb.
Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlıq üzrə müştərək Komissiyanın fəaliyyətinə toxunulub, sözügedən Komissiyanın müvafiq sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi üçün vacib platforma olduğu qeyd edilib.
Görüş zamanı, nazirlər alternativ enerji istehsalı sahəsində Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əməkdaşlıqdan məmnun olduqlarını bildiriblər. Bununla yanaşı, Səudiyyə Ərəbistanının "ACWA Power" şirkətinin rəhbərlik etdiyi konsorsiumun Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı zavodu layihəsinin əməkdaşlığa əlavə töhfə verəcəyi diqqətə çatdırılıb.
Ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyinin əməkdaşlıq üçün yeni imkanlar yaratdığı qeyd edilib, bu xüsusda yaşıl enerji, ətraf mühitin qorunması sahələri üzrə birgə təşəbbüslərin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov, həmçinin həmkarını postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aaprılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri barədə məlumatlandırıb. Səudiyyə Ərəbistanının minasızlaşdırma fəaliyyətinə verdiyi dəstəyə görə təşəkkür edilib.
Görüş zamanı, həmçinin Qəzza ətrafında vəziyyət barədə fikir mübadiləsi aparılıb. Qəzza zolağında əldə edilmiş atəşkəsin qorunmasının vacibliyi vurğulanıb.
Bununla yanaşı qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər nəzərdən keçirilib.
***
Azərbaycan xarici İşlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud ilə görüşüb.
KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Siyasi       Tarix: 27 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən video maraqlı xəbərlər qarabag xabarlar