"Cibində pulun, arxanda adam yoxdursa, heç kimsən" - Elnur Hüseynov
"Davam etmək üçün fikir, sponsor, maliyə lazımdır. Nə qədər bacarıqlı olsan belə qapılar pulla açılır. Bunu 35 yaşında başa düşdüm. Mənə demişdilər ki, cibində pulun, arxanda adam yoxdursa, heç kimsən. Söyləyirdim elə deyil, amma zamanla anladım ki, elədir".
azxeber.com bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycanı 2008-ci və 2015-cı illərdə "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində təmsil etmiş və "O səs Türkiyə" müsabiqəsinin qalibi olmuş müğənni Elnur Hüseynov qonaq olduğu "Söhbət var" axşam şousunda deyib.
Sənətçi qalib olduğu "O səs Türkiyə" müsabiqəsində başına gələn hadisələrdən danışıb. Elnur musiqi şirkəti ilə sövdələşməyə imza atsa da, fəaliyyətsizliyi ucbatından önə getməkdənsə gerilədiyini bildirib.
"O səs Türkiyə"dəki birincilər yoxdurlar. Nə məndən əvvəl, nə də sonra. Çünki qəribə bir şey var orada. "O səs Türkiyə"dən sonra "Avrupa müzik"lə sövdələşməyə getmişdim. Onu da necə edirsən? "O səs Türkiyə"ə gələndə iki sövdələşməyə imza atırsan. Birincisi "TV8" kanalı, "Acun Media" ilədir. Bir il ərzində başqa televiziyaya getməyəcəksən, müsahibə verməyəcəksən. İkinci də o vaxt keçərli olur ki, birinci olursan.
Oldum və "Avrupa müzik"ə keçdim. İki il ərzində heç nə etmədilər. Soruşurdum ki, niyə də nəsə etmirik? Məndən öncə bir uşaq birinci olmuşdu. Aşpaz idi, opera oxuyurdu, gözəl də səsi var idi. Dedim ki, ona niyə albom çıxartmamısınız?
Dedilər ki, satılmır. Dedim ki, internetdən aranjemanlar götürün, pulla alın və disk buraxın. İşləmək istəmirlər. İki il ərzində də sponsorlar gəldi-getdi, çünki sövdələşmə var idi. O zaman danışa bilmirdim. Bəli, özüm mahnı yaza bilərəm, çünki, dostlarım, çevrəm, yaxınlarım var. Elə uşaqlar var ki, ora gedəndə psixoloji problemlər yaşayırdılar. Düşünürəm ki, bu belə olmamalıdır".
Qeyd edək ki, Elnur Hüseynov Vətəni tərk edərək, uzun müddətdir Türkiyənin İzmir şəhərinə köçüb.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA