Çin ABŞ-a Tayvanla bağlı xəbərdarlıq etdi
ABŞ dərhal Tayvanla bütün rəsmi əlaqələri dayandırmalıdır və bu məsələ Çin-ABŞ münasibətlərində ilk "qırmızı xətt"dir.
KONKRET.az-ın məlumatına görə, bunu "TASS"a Çinin Vaşinqtondakı səfirliyinin mətbuat katibi Lyu Penyu bildirib.
Diplomat vurğulayıb ki, Çin ABŞ və Tayvan arasında hər hansı formada rəsmi fəaliyyətin qəti əleyhinədir:
"Biz ABŞ-ı "Vahid Çin" prinsipinə, üç Çin-ABŞ kommunikesinə, ABŞ liderlərinin "Tayvanın müstəqilliyini dəstəkləməmək" vədlərinə əməl etməyə, Tayvanla hər hansı formada rəsmi əlaqəni dərhal dayandırmağa və bu yanlış yola daha da getməməyə çağırırıq".
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət Çinin dünya sülhünə, inkişafına və beynəlxalq nizama verdiyi töhfəni çoxdan qəbul edib:
"ABŞ tərəfi Çin haqqında yanlış təsəvvürü düzəltməli, Soyuq müharibə və antaqonizm ideyasından əl çəkməli, qlobal sülh, sabitlik və inkişaf naminə daha konkret tədbirlər görməlidir".

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar