Çində insanları yoluxdurmamaq üçün yeməkləri belə çatdırırlar - VİDEO
Çində insanları yoluxdurmamaq üçün yeməkləri belə çatdırırlar - VİDEO
Sosial şəbəkələrdə koronavirus epidemiyasının əsarətində olan Çində yemək sifarişlərinin ikiqat müdafiə üsulu ilə evlərə çatdırılmasını əks etdirən görüntülər yayılıb.
Belə ki, kuryer xüsusi geyim, çəkmə, maska, əlcək və dəbilqədə olsa da, sifarişçiyə iki metrdən artıq yaxınlaşmağa icazə vermir.
Bu barədə "Moskva 24" xəbər yayıb.
Kadrlardan görünür ki, kuryer jestlə müştəriyə dayanması barədə göstəriş verdikdən sonra termoçantadan yeməyi çıxarır, çantanın üzərinə qoyur və iki metr kənara çəkilir. Bundan sonra sifarişçi yaxınlaşaraq məhsulu götürür və uzaqlaşır.
Xatırladaq ki, dekabrın 31-də Çin hökuməti ölkənin mərkəzi hissəsində yerləşən Uxan şəhərində naməlum sətəlcəm xəstəliyinin yayılması barədə Dünya Səhiyyə Təşkilatına məlumat verib.
Mütəxəssislər xəstəliyin törədicisini təyin edərək bunun "2019-nCoV" koronavirus olduğunu bildiriblər. Yeni epidemiya ilə əlaqədar Çinin, demək olar ki, bütün şəhərlərində karantin elan olunub.
Xəstəliklə əlaqədar hər gün onlarla insan həyatını itirir. Son məlumatlara görə, virusa yoluxanların sayı 17205 nəfərə yüksəlib, onlardan 2296-nın vəziyyəti ağır qiymətləndirilir, ölənlərin sayı isə 521 nəfərə çatıb. /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb