Çində təhsil alan azərbaycanlı tələbə: Doğmalarımı yoluxdurmamaq üçün...

Çində təhsil alan azərbaycanlı tələbə: Doğmalarımı yoluxdurmamaq üçün... Çində təhsil alan azərbaycanlı tələbə: Doğmalarımı yoluxdurmamaq üçün...
Xəbər verdiyimiz kimi, Çin Xalq Respublikasında koronavirusun yayıldığı Uhan şəhərində 7 azərbaycanlı yaşayır, onlardan 4-ü tələbədir. Hazırda Çin hökuməti tərəfindən sözügedən bölgədə karantin rejimi tətbiq olunduğundan onların ölkədən çıxışına məhdudiyyət qoyulub və yaxın zamanda təxliyyə olunması gözlənilir.  
Sözügedən 4 tələbədən biri Çinin Hubey əyalətinin Uhan şəhərindəki universitetlərin birində magistr pilləsində Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində təhsil alan Tural (təhlükəsizlik baxımından soyadını qeyd etmək istəməyib) "Qafqazinfo"ya müraciə edib. 
Onun sözlərinə görə, koronovirus barədə ilk məlumat dekabrın 30-da yayılıb. Həmin tarixdən bu barədə xəbərlər mütəmadi olaraq sosial şəbəkələrdə yayılsa da, bu, tədris prosesinə və adi həyat axarına mane olmayıb: 
"24 yanvarda Çində Yeni il qeyd olunur və əhalinin böyük əksəriyyəti öz doğma evlərinə qayıdır və ailələri ilə birgə bayram edir. Buna görə də, adətən kampusda yeməkxanaların böyük hissəsi və digər satış obyektləri bağlanır. Birinci semestr rəsmi olaraq bizim universitetdə 7 yanvarda başa çatıb və həmin tarixdən tətil başlayır. Universitetdə növbəti semestrin fevral ayının ortalarında başlaması nəzərdə tutulurdu, lakin hazırkı vəziyyəti nəzərə alsaq bu vaxtın dəyişəcəyi istisna deyil. Hazırda universitet tərəfindən Çini tərk etmiş tələbələrə rəsmi xəbərdarlıq verilmədən geri qayıtmamaq tövsiyə olunur". 
Tural bildirib ki, Uhan şəhərində yanvarın 23-ü yerli vaxtla 10:00-dan etibarən karantin elan olunub: 
"Bu tarixə qədər şəhərdə yaşayan azərbaycanlıların bəziləri şəhəri tərk edə bilib. Hazırda məndə olan məlumata görə, Uhanda 6 vətəndaşımız var. Şəhərə giriş-çıxış bağlıdır, ictimai nəqliyyat çalışmır. Hətta şəhərdaxili rayonlar da təcrid olunub, bu da virus yayılmasının qarşısının alınması üçündür. Hazırda evlərdə və yataqxanalarda qalmaq tövsiyə edilir, bayıra çıxanda isə maskalardan istifadə məcburidir. Virus yayılmasının qarşısını almaq üçün müxtəlif növdə maskalar satışda mövcuddur, lakin müəyyən yerlərdə qıtlıq müşahidə olunur. 
Kampusda marketlər hazırda qısa iş qrafikində çalışır, cəmi 4 saat. Qaldığım kampusda 2 yeməkxana fəaliyyətini davam etdirir və ora həm yerli əhali, həm də xarici tələbələr gəlir. Onu da qeyd edim ki, kampusa da giriş-çıxış tələbə kartı ilə mümkündür, karantindən əvvəl isə sərbəst rejim tətbiq olunurdu 
Özümü normal hiss edirəm, yaxşıyam. Hər gün kampusda qidalanıram. Hər gün hərarətimi yoxlayıram, ancaq hələ ki, müayinə etməyiblər". 
Tələbə bildirib ki, 24 yanvar tarixindən səfirliklə sıx və birbaşa əlaqədədirlər. Hazırda Uhanda yaşayan vətəndaşlarımızın təxliyyə məsələsi Çinin dövlət qurumları ilə müzakirə olunur və bu sahədə işlər hələ davam edir: 
"Böyük ehtimal Uhanı tərk etsək, digər şəhərdə məcburi karantində qalmalı olacağıq. Əgər belə olmasa belə bu proseduru Azərbaycanda keçmək lazımdır. Sosial şəbəkələrdə Uhandan olan həmvətənlərin ölkəyə buraxılmaması barədə bəzi şərhləri anlayışla qəbul edirəm. Burada əsas məsələ səhiyyəmizə olan etibarın aşağı səviyyədə olmasıdır.  Onu da qeyd edim ki, doğmalarımı, dostlarımı və təmasda ola biləcəyim digər şəxsləri yoluxdurmamaq üçün hazırda Azərbaycana qayıtmaq niyyətində deyiləm. 
Xatırlatmaq istərdim ki, koronavirusun hərarətdən başqa baş ağrısı, ürəkbulanması və digər simptomların olması da mümkündür. Son günlərdə adıçəkilən simptomlar olmayan şəxslərdə belə koronavirus aşkar olunub. Bunu nəzərə alaraq, karantin proseduru və şəraiti barədə Səhiyyə Nazirliyinin rəsmi saytda aydın şəkildə məlumatın yerləşdirilməsində ehtiyac var. Bu həmçinin Çində təhsil alan və çalışan azərbaycanlılar və onların ailələri, yaxınları üçün də mühüm məlumatdır. 
Fürsətdən istifadə edərək cənab Prezident İlham Əliyevdən məsələni şəxsi nəzarətə götürməsi Çində təhsil alan tələbələrin qısa müddətdə təxliyyə olunması və yüksək təhlükəsizlik şəraitində karantində saxlanılması barədə müvafiq dövlət qurumlarına göstəriş verməsini xahiş edirəm".  /oxu.az

Sosial       Tarix: 28 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Sabahın havası açıqlanıb

Sentyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında gözlənilən hava. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitini

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN


son xeberler yeni xeberler azerbaycan xeberleri ən son xəbər son xeberler azerbaycan novruz bayramı azerbaycanda son xeberler