Çinin harada nə işlə məşğul olduğu bilinməyən kosmik gəmisi 276 gün sonra Yerə qayıtdı
Çinin harada nə işlə məşğul olduğu bilinməyən kosmik gəmisi 276 gün sonra Yerə qayıtdı
Çin təkrar istifadə edilə bilən kosmik gəminin sınaqlarını uğurla başa vurub. Gəmi bazar ertəsi Yerə qayıdıb.
Bu barədə Çin Kosmik Elm və Texnologiya Korporasiyasından xəbər verilib.
Bildirilir ki, aparat Çinin şimal-qərbindəki Qansu əyalətindəki Ciuquan kosmodromundan buraxılıb. O, orbitdə 276 gün qalıb.
Bununla belə, aparatın necə bir kosmik gəmi olduğu, hansı texnologiyaların sınaqdan keçirildiyi, nə qədər hündürlükdə uçduğu və buraxıldığı gündən (2022-ci il avqustun əvvəlindən) hara getdiyi barədə heç bir təfərrüat açıqlanmayıb.
Gəminin görüntüləri də hələlik yayılmayıb. Ancaq cihazın uğurlu sınağının Çinin təkrar istifadə oluna bilən kosmik gəmilərin texnoloji tədqiqatları sahəsində nailiyyəti hesab olunduğu vurğulanıb.
Qeyd edək ki, 2021-ci ildə də bənzər kosmik gəmi də fəzaya buraxılmış və Yerə qayıtmışdı. Həmin vaxt da missiya gizli saxlanılmışdı. Çinin ovaxtkı baş kosmik podratçısına görə, gəmi Yerə üfüqi eniş edib.
Mənbə: Reuters / oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR