"Çıxarışı olmayan mənzillərin satışında dələduzluq halları daha çox olur" - RƏY + FOTO

"Çıxarışı olmayan mənzillərin satışında dələduzluq halları daha çox olur" - RƏY + FOTO
Azərbaycanda çıxarışı olmayan mənzillərin satışının qanunla qadağan edilməsi təklif olunur. Bu barədə məsələ Ombudsmanın illik məruzəsində əksini tapıb.
Diqqət etsək görərik ki, xüsusilə Bakı və Abşeronda bəzi çoxmənzilli binalardakı evlər çıxarış olmadan, müqavilə əsasında satılır. Məlumdur ki, çıxarışlı mənzil hər kəs üçün əlçatan deyil. Demək olar ki, yeni tikilən binalardakı mənzillər müqavilə əsasında çıxarışsız satılır. Çox riskli olmasına baxmayaraq, bu mənzillərə üstünlük verənlər də az deyil. Bir çox şəxslər qiymət fərqinə görə, üz tutduqlarını söyləyirlər.
Bəs görəsən, əsas səbəb nədir?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, tikinti şirkətləri başqa bir yol olmadığı üçün məcbur qalıb müqavilə üsuluna üz tuturlar:
"Yeni tikilən binalardakı mənzillərin ilkin sənədi müqavilə olur. Bina tikilib başa çatana qədər tikinti şirkətləri o mənzilləri müqavilə yolu ilə satır. Başqa bir satış mexanizmi olmadığından məcburən bu yola üz tuturlar. Elə binalar var ki, uzun müddət tikilməsinə baxmayaraq, hələ də çıxarış verilməyib".
Ekspert qeyd edib ki, mənzillərin çıxarışının olmamasının müxtəlif səbəbləri var:
"Çıxarışsız mənzillərə qadağa qoyulması təklifi Ombudsmana olan şikayətlər əsasındadır. Çünki tikinti şirkətləri bir mənzili bir neçə nəfərə satıb. Şikayət çoxdur. Düşünürlər ki, qadağa qoymaqla problem həll olunacaq. Bu, yanlış yanaşmadır. Bu gün Bakı şəhərində minlərlə istismar müddətini bitirmiş qəzalı bina var. Həmin binaları da tikinti şirkətləri sökürlər. Müqaviləli mənzillər ləğv olunacaqsa, ilk növbədə çıxarış verilməlidir. Yeni tikilməkdə olan binanın satış mexanizmi dəyişilməlidir".
E.Fərzəliyev əlavə edib ki, qanunla qadağa edilsə, o zaman müqavilə əsasında mənzili olan vətəndaşların mülkiyyət hüququ pozulacaq:
"Mexanizm dəyişilməlidir. Çıxarışsız mənzillərin alqı-satqıları aparılmalıdır. Tikinti şirkətləri tərəfindən deyil. Bunun üçün yeni qurum yaradılmaldır. Həmin mənzillər çıxarışı olmadığı üçün sığortalana bilmir. 
Vətəndaş mənzilinin çıxarışı olmadığı üçün evinə qeydiyyata da düşə bilmir. Çıxarışı olmayan mənzili ipoteka krediti ilə almaq olmur. Satış mexanizmi qurularsa, mülkiyyət hüququ alınarsa, ipoteka ilə satıla bilər. Yeni mükəmməl mexanizm formalaşdırmaq lazımdır".
Hüquqşünas Şəmsəddin Əliyev qeyd edib ki, çıxarışı olmayan mənzillərin satışında dələduzluq halları daha çox olur:
"Bu məsələ son zamanlar daha çox aktual problemə çevrilib. Etibarlığı daha az olur. Bu tip mənzillər kifayət qədər dövriyyəyə buraxılıb. Çıxarışı olmayan mənzillərin satışının qadağa olunması düzgün təklifdir. Bununla bir sıra çətinliklərin qarşısı alınacaq. Real çətinliklər həllini tapacaq. Qadağa olunmasının tərəfdarıyam".
Nəzrin Vahid

Maraqlı       Tarix: 10 mart 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO. Alimlər bizdən nisbətən yaxın məsafədə - 55 işıq ili məsafəsində yerləşən "SPECULOOS-3b" adlı, ölçülərinə görə Yerə oxşayan daş planet aşkar ediblər. Araşdırma "Natur

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?. Aprelin sonunda "OpenAI" qabaqcıl süni intellekt prosessoru "Nvidia DGX H200"ü əldə edib. Bu, dünyanın ən güclü süni intellekt çipidi

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"


azerbaycan xeberleri yeni xeberler son xeberler dunyada son xeberler bugünki xəbərlər cəbhədən son görüntülər son xeberler bugun 2026 muharibe