Çiyələyin çoxlarının bilmədiyi gözlənilməz xüsusiyyətləri açıqlandı - FOTO
Çiyələyin çoxlarının bilmədiyi gözlənilməz xüsusiyyətləri açıqlandı - FOTO
Çiyələk xərçəng, katarakt, qlaukoma, ürək-damar xəstəliklərinin qarşısının alınması, həmçinin immunitet sisteminin fəaliyyətinin yaxşılaşdırılması üçün faydalıdır.
Bu barədə rusiyalı elm adamları məlumat veriblər.
Mütəxəssislər bu giləmeyvənin çoxlu antioksidant ehtiva etdiyini, həmçinin orqanizmdə xərçəng və şişlərin inkişafının qarşısını aldığını bildiriblər.
Tibb işçilərinin sözlərinə görə, çiyələk göz üçün də çox faydalıdır. Belə ki, giləmeyvənin tərkibindəki antioksidantlar kataraktın qarşısının alınmasına kömək edir, antosianlar isə qlaukoma riskini azaldır.
Həkimlər antosianların başqa bir faydası kimi damar divarlarının vəziyyətinə müsbət təsirini, həmçinin aterosklerozla nəticələnən iltihabı azaltmasını göstəriblər.
Giləmeyvənin tərkibindəki yüksək miqdarda kalium ürək əzələsinin yaxşı işləməsinə kömək edir.
Mütəxəssislər çiyələkdə "C" vitamininin yüksək miqdarda (100 qramda gündəlik normanın 70 faizi) olmasının immunitet sisteminin fəaliyyətinə yaxşı təsir etdiyini bildiriblər.
Həmçinin giləmeyvənin liflərlə zəngin olması orqanizmin xəstəliklər qarşısında müqavimətini artırır.
Mənbə: Lenta.ru / oxu.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR