CNN Lerikdəki uzunömürlülərdən yazdı - FOTO

CNN Lerikdəki uzunömürlülərdən yazdı - FOTOCNN Lerikdəki uzunömürlülərdən yazdı - FOTO
Dünyada yeganə bir yer var ki, siz onun haqqında eşitməmisiniz və burada "Uzunömürlülər Muzeyi" var. Bu Azərbaycanın cənubunda yerləşən Lerikdir.
Oxu.az-ın məlumatına görə, bu barədə CNN-də dərc olunan məqalədə bildirilir.
Agentlik  dünyanın bir çox ölkələrinin, əsasən, uzunömürlü sakinləri ilə məşhur olduğunu xatırladır:
"Məsələn, Yaponiyanın Okinava adası gümrah sakinlərinə görə "Ölümsüzlər torpağı" adını alıb. İtaliyada "Əbədiyyət kəndi" kimi tanınan Kampodimela aralıq dənizi yeməklərinin möcüzəsinin canlı şahididir. Kaliforniyanın günəşli  Loma Linda şəhəri də bu deyilənlərdən geri qalmır".
Müəllifin sözlərinə görə, Azərbaycanda Lənkəran və Dağlıq Qarabağın sakinlərinin üç rəqəmli ömür sürməsinə baxmayaraq, məhz Lerikdə daha uzunömürlü sakinlərin yaşadığı vurğulanıb.
"Talış dağlarında, buludların üzərində yerləşən zümrüd torpaqlarda insanlar uzun və sağlam yaşamağın sirrini deyəsən tapıblar", - deyə müəllif bildirib.
Məqalədə, həmçinin, 1991-ci ildə açılan və 2001-ci ildə restavrasiya edilən, içərisində regionun ən yaşlı sakinlərinin  həyat və xatirələrinin  əks olunduğu, 2000-dən artıq eksponatın olduğu "Uzunömürlülər muzeyi"ndən, oradakı üç nəslə qulluq edən məişət əşyalarından, yaylıqlar və paltarlarla dolu olan sandıqlardan, gümüş qablardan, üstündən uzun illər keçməsinə baxmayaraq rəngi solmayan toxunma corablardan, xalçalardan söz açılıb.
CNN Lerikdəki uzunömürlülərdən yazdı - FOTO"Bundan başqa, Azərbaycan və rus dilində yazılan məktublar, hətta çernillərin yoxa çıxmaq üzrə olduğu şəxsi artefaktlar var", - deyə müəllif əlavə edib.
Bütün bunlarla yanaşı, muzeyi ən çox cazib qılan məsələnin – uzunömürlülərin divardakı portretləri göstərilib. Bildirilir ki, 1930-cu il çəkilən bu şəkillər fransız fotoqraf Frederik  Laçop tərəfindən hədiyyə olunub.
Agentlik, həmçinin, 168 il yaşamış  çoban Şirəli Müslümovdan da yazıb.
"Onun pasportunun sarı vərəqlərində onun doğum tarixi 1805-ci il göstərilib. Əgər bu doğrudursa, o, indiyə qədər məlum olan ən uzunömürlü şəxs olub... Müxtəlif illərdə onun ad günündə göndərilən məktublar Müslümovun həqiqətən də uzun ömür sürdüyünə şahidlik edir. Müslümovla yazışanlar arasında  Vyetnamda kommunistlərin lideri  Xo Şi Min də olub, hansı ki, ona "əziz baba" müraciəti ilə başlayan açıqcalar göndərirdi".
CNN Lerikdəki uzunömürlülərdən yazdı - FOTOCNN Lerikdəki uzunömürlülərdən yazdı - FOTOBu uzunömürlülük geni deyəsən bu günə qədər hələ də ailədə fəaliyyət göstərir. Belə ki, Müslümovun  95 yaşlı qızı Həlimə Qəmbərova CNN-ə bildirib ki, atası kimi 168 il olmasa da, ən azı babası kimi 150 il, yaxud xalası kimi 130 il yaşamaq ümidindədir".
Müəllifin sözlərinə görə, pasportunda təvəllüdü kimi 1924-cü il qeyd olunan Qəmbərova 95 yaşına baxmayaraq, hələ də zarafatından qalmır: yaşını soruşanda 15 deyə cavab verir.
CNN Lerikdəki uzunömürlülərdən yazdı - FOTOMəqalədə bu regionda uzunömürlüyün sirri kimi əqli sakitlik göstərilir: "Onlar stresdən uzaq durur, həyat barədə fəlsəfi düşünürlər, gələcəyi planlaşdırmadan, ya da sabah barədə narahatlıq keçirmədən bu günü yaşayırlar".
Bundan başqa, müəllif geniş yayılmış düşüncələrin əksinə Lerikdə uzunömürlülərin ət məhsulları yediyini vurğulayıb, şor, kərə yağı, süd və ayrandan söz açıb, müxtəlif otlarla dəmlənən çayların faydasından danışıb:
"Uzun ömürlüyün sirri düzgün qidalanmada, bulaq sularındakı minerallarda, xəstəliklərin qarşısının alınması üçün çaylara əlavə edilən otlardadır. Doğurdan da Qəmbərovanın qızı anasının heç bir zaman dərman istifadə etmədiyini vurğulayıb".
Məqalədə Müslümovun qızından başqa, Leriyin digər uzunömürlü sakini 103 yaşlı Məmmədxan Abbasovdan da yazılıb. Görmə və eşitmə qabiliyyətini demək olar ki, itirən qocanın onların gəldiyini bilən kimi xeyir-dua verməsindən danışan müəllif, onun 7 il əvvələ kimi tarlada işlədiyini vurğulayıb.
CNN Lerikdəki uzunömürlülərdən yazdı - FOTOAbbasovun oğlu da atasının hər zaman xeyirxah biri olduğunu və düzgün yaşadığını deyib. Yemək məsələsinə gəlincə isə atasının "Allah verən hər şeyi" yediyini, ancaq ömür boyu dilinə spirtli içki dəymədiyini bildirib.
Qocanın özü isə uzun ömrünün sirrini gündəlik fiziki əməkdə gördüyünü bildirib.
Müəllifin sözlərinə görə, hazırda Leriyin ən qoacamn sakini 105 yaşlı Raci İbrahimovdur.
Lerikdə uzunömürlülüyün sadə sirri bunlardır: fiziki fəaliyyət, yaxşı qidalanma, bol su və həyata münasibət. Biz yalnız bir dəfə yaşayırıq, amma bunu düzgün ediriksə, bir dəfə kifayətdir", - deyə müəllif yekunda bildirib.
CNN Lerikdəki uzunömürlülərdən yazdı - FOTOCNN Lerikdəki uzunömürlülərdən yazdı - FOTOCNN Lerikdəki uzunömürlülərdən yazdı - FOTOCNN Lerikdəki uzunömürlülərdən yazdı - FOTOCNN Lerikdəki uzunömürlülərdən yazdı - FOTOCNN Lerikdəki uzunömürlülərdən yazdı - FOTOCNN Lerikdəki uzunömürlülərdən yazdı - FOTOCNN Lerikdəki uzunömürlülərdən yazdı - FOTOCNN Lerikdəki uzunömürlülərdən yazdı - FOTO

Maraqlı       Tarix: 10 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı. Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikl

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO. ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i


son xeberler yeni xeberler azerbaycan xeberleri ən son xəbər son xeberler azerbaycan novruz bayramı azerbaycanda son xeberler