COVID-19 infeksiyası zamanı ağciyərlərdə pnevmoniya deyil, kimyəvi proses olan pnevmonit yaranır

COVID-19 infeksiyası zamanı ağciyərlərdə pnevmoniya deyil, kimyəvi proses olan pnevmonit yaranırArtıq 8 aydır ki, bütün dünyada əsas diqqət mərkəzində olan və xəbər manşetlərini bürüyən koronavirus pandemiyası digər xəstəlikləri nisbətən unutdurmaqla yanaşı, insanların yaşam tərzini, hətta dünyanın düzənini dəyişib. Koronavirus pandemiyasının ilk vaxtlarında vətəndaşlarımızın bir qismi bu infeksiyanın mövcudluğuna inanmayaraq karantin rejiminin qaydalarına ciddi əməl etməsələr də, xəstəliyin yayılmasından və hər kəsin yaxın çevrəsində bu infeksiyaya yoluxanların olmasından sonra həmin infeksiyaya qarşı bir növ fobiya, stiqma yarandı.
Hazırkı pandemiya dövründə həm digər xroniki xəstəliklərin profilaktikası, həm də COVID-19 infeksiyasından qorunmaq üçün vətəndaşlarımız sağlamlıqlarına qarşı xüsusilə diqqətlə yanaşmalıdırlar. Xroniki xəstəliklərin kəskinləşməsinin qarşısını almaq üçün müvafiq mütəxəssislərin tövsiyələrinə əməl edilməlidir. Tənəffüs infeksiyaları, o cümlədən COVID-19 infeksiyasından qorunmaq üçün isə, hər kəs mövcud karantin rejiminin qaydalarına - qoruyucu maskaların istifadəsi, sosial məsafənin saxlanılması prinsiplərinə ciddi əməl etməklə yanaşı, orqanizmin immun qabiliyyətinin normal saxlanılması üçün balanslı qidalanmalı, zərərli vərdişlərdən və stresdən uzaq olmalı, normal gün rejiminə əməl etməli, soyuqlamadan qorunmalı, idmanla məşğul olmalıdır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Tibb Universitetinin ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov deyib.
"Koronavirus infeksiyası bütün orqanlara, xüsusilə də ağciyərlərə ciddi mənfi təsir edir. Araşdırmalara görə, COVID-19 infeksiyası zamanı ağciyərlərdə adi iltihabi proses, yəni pnevmoniya deyil, kimyəvi bir proses, yəni pnevmonit baş verir. Bunun yaranma mexanizmi haqqında fərqli fikirlər mövcuddur. Belə ki, məşhur Rusiya pulmonoloqu, akademik A.Çuçalin qeyd edir ki, koronavirus infeksiyası tənəffüs yolları vasitəsilə alveollara düşərək onu zədələyir və alveollara hialuron turşusu toplanaraq kimyəvi pnevmonit törədir. ABŞ alimləri isə belə hesab edirlər ki, COVID-19 əsasən hemoqlobinə təsir edir və onun parçalanmasına səbəb olur ki, nəticədə ayrılan dəmir alveolları zədələyərək kimyəvi pnevmonit törədir. Hazırda COVID-19 infeksiyasının xüsusiyyətləri haqqında çox müxtəlif, hətta bir çox hallarda bir-birini təkzib edən fikirlər mövcuddur. Ona görə də, bu infeksiyanın orqanizmdə, xüsusilə də ağciyərlərdə törətdiyi dəyişikliklər, onun gedişi xüsusiyyətləri, spesifik müalicə və profilaktika üsulları haqqında dolğun, elmi əsaslandırılmış məlumatların olması üçün zaman lazımdır", - deyə R.Bayramov bildirib.
Kafedra müdirinin sözlərinə görə, COVID -19 pandemiyası dövründə pnevmoniya olan xəstələrin sayı xeyli artıb. Etioloji amillərdən asılı olmayaraq pnevmoniyalar zamanı müxtəlif təzahür səviyyəsində torokal əlamətlər - öskürək, bəlğəm ifrazı, təngnəfəslik, döş qəfəsində ağrı və s. ilə yanaşı, ümumi intoksikasiya simptomları, yəni hərarətin yüksəlməsi, başağrısı, iştahasızlıq və s. müşahidə olunur. Koronavirus infeksiyası zamanı ağciyərlərdə baş verən dəyişikliklərin xarakterik xüsusiyyəti ondan ibarətdir ki, proses adətən ikitərəfli olur, yəni hər iki ağciyər, xüsusilə aşağı paylar zədələnir. COVID-19-un klinik əlamətləri xəstələrin əksəriyyətində digər mənşəli pnevmoniyalara nisbətən daha az olur. Belə ki, xəstələrin böyük bir qismində temperaturun hətta bəzən bir dəfə 37,2-37,5° C-dək yüksəlməsi, iybilmə, dadbilmə hissinin zəifləməsi, kürək nahiyyəsində ağrıların olması və s. müşahidə olunur. Hətta bəzi hallarda heç bir ciddi narahatçılığı olmayan, lakin ya bu infeksiyaya görə PZR testinin nəticəsi pozitiv olduğuna, ya da COVID-19-a yoluxan xəstə ilə təmasda olduğuna görə döş qəfəsi orqanlarının kompüter tomoqrafiyası olunan şəxslərdə koronavirus pnevmoniyası üçün xarakterik olan hər iki ağciyərin aşağı payında, subplevral lokalizasiyalı "buzlu şüşə" görüntüsü müəyyən edilir. Onu da qeyd edim ki, "buzlu şüşə" görüntüsü yeni deyil və yalnız koronavirus zamanı yox, ağciyərlərin müxtəlif mənşəli iltihabi proseslərində də aşkar edilir.
Mütəxəssis bildirib ki, tənəffüs infeksiyaları arasında vərəm heç də koronavirus infeksiyasından az aktual deyil: "Doğrudur, COVID-19 infeksiyasının yeni olması, kontagiozluğunun yüksəkliyi, inkubasiya dövrünün daha qısa olması, spesifik müalicə və profilaktika üsulunun mövcud olmaması kimi xüsusiyyətləri ilə səciyyələnsə də, vərəm xəstəliyi də cəmiyyət üçün çox təhlükəlidir. Yaşı təxminən bəşəriyyətin, canlıların yaşı ilə eyni olan vərəm xəstəliyinin spesifik profilaktika və müalicə üsulları mövcud olsa da, təəssüflə qeyd etmək istəyirəm ki, hazırda bu xəstəlik dünyada aktual problemlərdən biri olaraq qalmaqdadır. Hazırda bütün dünyada, o cümlədən bizim ölkəmizdə də vərəmlə yoluxma, xəstələnmə göstəricilərində stabilləşmə və ya nisbi azalma müşahidə olunsa da, dərmanlara rezistent vərəmin rastgəlmə tezliyi artmaqdadır. Bu da aktual bir problemdir, çünki dərmanlara rezistent vərəmlə ciddi mübarizə aparılmazsa, vərəmə görə epidemioloji göstəricilər kəskin pisləşə bilər. Hər il dünyada 10 milyondan çox insan vərəmlə xəstələnir ki, onların da təxminən 1,5 milyonu bu xəstəlikdən dünyasını dəyişir. 8 ay ərzində dünyada COVID-19 infeksiyasından ölənlərin sayının 780 mindən çox olduğunu nəzərə alsaq, həmin müddətdə vərəm xəstəliyindən dünyasını dəyişənlərin sayı heç də bundan az deyil".
R.Bayramov payız-qış fəslində koronavirus infeksiyasına yoluxma hallarında artımın olacağına dair fikirlərə münasibətini bildirərək deyib: "İstər COVID infeksiyası, istərsə də hər hansı bir xəstəlik haqqında öncədən dəqiq proqnoz söyləmək mümkün deyil. Ümumiyyətlə, ilin soyuq fəsillərində tənəffüs infeksiyaları ilə xəstələnənlərin sayında həmişə artım müşahidə olunur. Lakin bu ciddi narahatçılığa səbəb olmamalıdır və koronavirus pandemiyası ilə mübarizədə qalib gəlmək üçün hər kəs həmrəy olaraq karantin qaydalarına ciddi əməl etməlidir. Hazırda həmin infeksiyaya yoluxanların sayındakı azalma arxayınlıq yaratmamalı və profilaktik tədbirlərə riayət edilməlidir.
Bəzən öskürək şikayəti olan kimi ağıla ilk olaraq tənəffüs sistemi patologiyaları gəlir. Lakin qeyd etmək istərdim ki, bəzən heç bir bronx-ağciyər patologiyası olmayan şəxslərdə də, məsələn, qastroezofaqial reflüksdən əziyyət çəkənlərdə, AÇF inhibitorlarının istifadəsi zamanı və s. uzun sürən öskürək müşahidə edilə bilər. Ümumiyyətlə, bronx-ağciyər aparatının 800-ə qədər xəstəliyi var ki, onların da hər birinin müxtəlif inkişaf mərhələsində fərqli səviyyədə öskürək müşahidə oluna bilər. Ona görə də, öskürəklə mübarizə aparmaq üçün ilk olaraq onu yaradan səbəb aradan qaldırılmalıdır".
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 22 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler bu gun xabar az valyuta azerbaycan son xeber bugun