COVİD-19 koronavirusu: dünyada və ölkədə vəziyyət nə yerdədir?

COVİD-19 koronavirusu: dünyada və ölkədə vəziyyət nə yerdədir?Bəşər oğlu Marsa səyahətə hazırlaşırdı, evlərə qapanıb gözləmə mövqeyi tutmalı oldu. Bozon hissəciyini araşdıran Qərbdə indi əlləri sabunla yumağın incəliklərindən bəhs olunur. Nanotexnologiyalar yarışları aparan ölkələrdə insanlar indi dükanlarda tualet kağızına növbələrə durur. Sərhədləri açaraq hədsiz, məhdudiyyətsiz dünya arzulayan bəşəriyyət indi dövlətlərin sərhədlərini bağlamasını müşahidə edir.
Səbəb - ölçüsü cəmi 125 nanometr olan, gözə görünməyən COVİD-19 koronavirusudur. 1 nanometrin 1 mm-in 8 mində 1 hissəsi olduğunu nəzərə alsaq, qalaktik səyahətlər arzulayan bəşəriyyətin nəyin qarşısında aciz qaldığını anlayarıq bəlkə.
Koronavirusun ilk tapıldığı, "yarandığı" Çində vəziyyət artıq normallaşıb. Hətta iş o yerdədir ki, kinoteatrlar, məktəblər, restoranlar, ictimai nəqliyyat fəaliyyətini bərpa edir. Bununla yanaşı, koronavirusun çox yayıldığı ölkələrə Çin öz mütəxəssislərini göstərir, tibbi avadanlıq və preparatlardan ibarət yardımlar yollayır.
COVİD-19 koronavirusu: dünyada və ölkədə vəziyyət nə yerdədir?Avropa Komissiyası koronavirusun yayılmasına qarşı mübarizə məqsədi ilə Şengen zonası daxilində səyahətə qadağa qoyur. Bir çox Avropa ölkəsi öz sərhədlərini bağlayıb. Avropa İttifaqının xarici sərhədləri də bağlanır.
Sərhədi keçmə icazəsi tibb işçilərinə, evlərinə qayıdan avropalılara, onların ailə üzvlərinə və diplomatlara veriləcək. İcazə, həmçinin yük daşımalarına da veriləcəkdir.
Avropa Komissiyasının təklifi ilə, məhdudiyyətlər 30 gün ərzində tətbiq olunacaq, lakin bu müddət uzadıla da bilər. BBC koronavirusa qarşı mübarizə aparan bəzi Avropa ölkələrində yaranmış vəziyyətə nəzər salıb.
Britaniyada hansı tədbirlər elan olunub?
BBC bildirir ki, Böyük Britaniyanın virusla mübarizə planları Aİ ilə müqayisədə daha yumşaqdır. Baş nazir Boris Johnson vətəndaşları pab və restoranlara getməkdən çəkinməyə, səyahətlərdən imtinaya və imkan daxilində evdən işləməyə səsləyib.
Rəsmi olaraq məktəb, ofis və digər ictimai yerləri bağlamaq barədə göstəriş olmayıb, lakin bəzi qurumlar bu qərarı özləri qəbul edib.
Hakimiyyət pandemiya vaxtı və ondan sonrakı müddətdə iqtisadiyyatın dəstəklənməsinə yönələn xüsusi planını açıqlamağa hazırlaşır.
Bir çox şirkət, epidemiya ilə əlaqəli itkilərə tab gətirə bilməyəcəyindən narahatdır.
Britaniyada virusa yoluxanların rəsmi sayı 1500-ü keçib. 55 nəfər koronavirusdan ölüb.
Fransa hansı addımları atır?
COVİD-19 koronavirusu: dünyada və ölkədə vəziyyət nə yerdədir?Almaniya-Fransa sərhədini yalnız ticarət yükləri və sərhədin qarşı tərəfində işləyən insanlar keçə bilər
Fransa prezidenti Emmanuel Makron səbəbsiz olaraq evdən çıxmağı qadağan edən fərman imzalayib. Lakin məktəblərin, bir sıra dükanların, kafelərin və muzeylərin bağlanması barədə qərarın kifayət qədər təsiri olmayıb.
"Vəziyyətin ciddiliyinə dair tibbi xəbərdarlıqlara baxmayaraq, insanlar parklarda, bazarlarda və restoranlarda toplaşaraq hakimiyyətin əmrlərini tamamilə qulaqardına vururlar", - Emmanuel Makron deyib.
Fransa tədbirləri sərtləşdirib: hazırda 15 günlük karantin rejimi elan olunub və ona riayət etməyənlərə qarşı cəzalar nəzərdə tutulur.
Virusa yoluxanların xəstəxanaya çatdırılmasına hərbçilər cəlb olunub. Gələn həftəyə təyin olunan yerli seçkilərin ikinci turu qeyri-müəyyən vaxta təxirə salınıb.
Bu günə qədər Fransada altı mindən çox insan koronavirusa yoluxub, ölənlərin sayı 150-ə yaxındır.
Emmanuel Makron ölçüsündən asılı olmayaraq heç bir Fransa şirkətinin çökməsinə yol verməyəcəyini deyib.
Almaniyada nə baş verir?
Almaniya kansleri Angela Merkel bütün dini mərasimlərə qadağa qoyub və vətəndaşları ölkə daxilində planlaşdırılan bütün səfərlərdən imtina etməyə çağırıb.
Klublar, barlar, əyləncə və idman kompleksləri, zooparklar və oyun meydançaları bağlanıb. Restoranlara masalar arasında maksimum məsafəni təmin etmək və iş vaxtını məhdudlaşdırmaqla bağlı göstəriş verilib.
Məktəblər artıq bir neçə gündür ki, bağlanıb, tədrislə bağlı başqa planlar da təxirə salınıb.
Almaniyada 7 minə yaxın insan virusa yoluxub. Ölkə boyunca 14 ölüm hadisəsi qeydə alınıb.
COVİD-19 koronavirusu: dünyada və ölkədə vəziyyət nə yerdədir?Başqa Avropa ölkələrində vəziyyət necədir?
İspaniya öz sərhədlərində gediş-gəlişə nəzarəti sərtləşdirib.
Hökumət 15 gün müddətinə fövqəladə vəziyyət elan edib. İnsanlara evlərini tərk etməyə icazə verilmir. Onlar yalnız mağazaya və müstəsna hal olaraq ofisə gedə bilər.
İtaliya koronavirusun yayılmasına görə Çindən sonra ikinci ölkədir. Burada ölənlərin sayı artmaqda davam edir və artıq 2150-yə çatıb. Ölkə daxilində yoluxanların sayı 20 mini keçib.
Ümumdünya Səhiyyə Təşkilatı Avropanı virusun yeni episentri elan edib.
Koronavirusa qarşı ilk peyvənd sınanır
COVİD-19 koronavirusu: dünyada və ölkədə vəziyyət nə yerdədir?ABŞ-da koronavirusa qarşı peyvəndin ilk klinik təcrübəsinə başlanılıb.
AP agentliyi xəbər verir ki, Seattle-dəki Kaiser Permanente araşdırma mərkəzinin mütəxəssisləri dörd könüllüyə peyvəndin eksperimental dozasını vurublar.
Peyvənddə virusdan götürülmüş genetik kod var. Preparat insana "Covid-19" yoluxdurmur.
Ekspertlər deyirlər ki, onun və hazırlanmaqda olan digər peyvəndlərin effekti bir neçə aya məlum olacaq.
Peyvənd vurulan ilk şəxs 43 yaşlı Seattle sakini Jennifer Haller-dir.
"Bu, vacib bir iş görmək üçün heyrətamiz fürsətdir" - Jennifer AP-ə açıqlamasında belə deyib.
Dünya alimləri bu araşdırmanı diqqətlə izləyirlər.
Milli Səhiyyə İnstitutunun maliyyələşdirdiyi, heyvanlar üzərində təcrübə mərhələsi edilməyən bu sınağa eyni vaxtda bir neçə şəxs cəlb edilib. Məqsəd peyvənd nəticəsində immun sisteminin aktivləşdiyinə əmin olmaqdır.
Peyvəndin istehsalçısı Moderna Therapeutics şirkəti bəyan edib ki, preparat yaxşı yoxlanılmış və müsbət nəticələr vermiş proses vasitəsilə hazırlanıb.
İmperial College London-un əməkdaşı, infeksion xəstəliklər üzrə mütəxəssis Dr. John Tregoning peyvəndin mövcud texnologiyalar üzrə hazırlandığını təsdiq edib:
"İnsanlara tətbiqi təhlükə törətməyən yüksək texnologiyalardan istifadə edilib. Bütün könüllülər ciddi nəzarət altında olacaq. Bəli, proses sürətlidir. Ancaq bu, alim həmkarlarla yox, virusla yarışdır, insanlıq naminə görülən işdir".
Adətən peyvəndlər (məsələn, qızılcaya qarşı peyvənd) ya zəifləmiş, ya da ölü viruslardan hazırlanır. Ancaq "mRNA-1273" adlandırılmış yeni peyvənd "Covid-19" xəstəliyini əmələ gətirən "SARS-CoV-2" virusundan hazırlanmayıb.
Alimlərin laboratoriya şəraitində hazırladığı koronavirus peyvəndində virusdan götürülmüş genetik kodun bir hissəsi var.
Araşdırmaçılar ümid edirlər ki, yeni peyvənd sayəsində insan orqanizmini virusla mübarizəyə hazır vəziyyətə gətirə biləcəklər.
Eksperimental peyvənd könüllülərin bədəninə fərqli dozalarda daxil edilib.
28 günlük fasiləylə hər birinin qoluna iki dəfə peyvənd vurulacaq.
Ancaq təcrübə uğurla nəticələnsə belə, peyvəndin kütləvi tətbiqi 18 ay sonra baş tuta bilər.
Azərbaycanda...
COVİD-19 koronavirusu: dünyada və ölkədə vəziyyət nə yerdədir?Azərbaycanda icra hakimiyyətlərində və dövlət qurumlarında iclasların, toplantıların yalnız telefon rabitəsi, mobil və internet vasitəsilə keçirməsinə üstünlük verilməsi tövsiyə olunur.
Baş nazir Əli Əsədov mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə xüsus rejimdə iş normalarına dair təlimatları imzalayıb.
Nazirlər Kabineti yanında operativ qərargahın məlumatında deyilir ki, sözügedən təlimatda qurumlardan "mümkün olduğu halda, əməkdaşların məsafədən işləmələri məsələsinə baxılması" istənilir.
Digər tapşırıqlar isə aşağıdakılardır:
60 yaşdan yuxarı şəxslərin və öhdəsində azyaşlı uşağı olan qadınların iş davamiyyətinə güzəştli şərtlər tətbiq edilsin.
İşçilərin və onların ailə üzvlərindən birinin qrip, soyuqdəymə, halsızlıq və digər bu kimi halları olduğu təqdirdə həmin işçilərin işə çıxması qadağan edilsin.
Xüsusi zərurət olduğu hallar istisna olmaqla, bütün ezamiyyətlər dayandırılsın. Ezamiyyətə xüsusi zərurət olduğu hallarda, razılıq alınması məqsədilə operativ qərargaha əsaslandırılmış rəsmi müraciət edilsin.
Əməkdaşların xarici ölkələrə rəsmi səfərləri dayandırılsın.
Əməkdaşlara sosial məsuliyyəti davranmaları, xüsusi zərurət olmadan digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq hər cür ehtiyat tədbiri görmələri tapşırılsın.
Bundan başqa, Baş nazir vətəndaş qəbulu ilə əlaqədar bəzi qaydalara riayət edilməsini tapşırıb.
Taşırılıb ki, qəbul otağında vətəndaşların qrup və fərdi surətdə qəbullar təxirə salınsın, yerlərdə səyyar qəbulların keçirilməsi dayandırılsın.
Vətəndaşların müraciətlərinin fasiləsiz qəbulunun yalnız elektron və və telefon rabitəsi vasitəsilə həyata keçirilməsi, bu məqsədlə hər orqan və qurumda elektron və telefon əlaqə ünvanları və nömrələri müəyyən edilməsi, qaynar xətlərin fasiləsiz fəaliyyətinin təmin edilməsi qeyd olunur.
Təlimatda vətəndaş müraciətlərinin yalnız elektron və telefon vasitəsilə qəbul edilməsi məqsədilə hər orqan və qurumda məsul əməkdaşların müəyyən edilməsi barədə göstəriş verilir.
Bildirilir ki, mümkün olduğu halda, vətəndaşlara səyyar xidmətlər göstərilsin və tədbirlər barədə vətəndaşlar məlumatlandırılsın.
Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət qurumlarından vətəndaşların müraciətlərinə xüsusi həssaslıqla yanaşılması istənilir.
Məktubda qeyd edilib ki, bu tapşırıqlar hüquqi mühafizə və hərbi xidmət orqanlarına, dövlət əhəmiyyətli və həyta təminatlı obyektlərə, fasiləsiz iş rejimində fəaliyyət göstərən müəssisələrə, səhiyyə və digər tibb müəssisələrinin işçilərinə şamil edilmir.
Azərbaycanda koronavirusa ilk yoluxma halı fevralın 28-də qeydə alınıb.
Rəsmi qurumlara əsasən, Azərbaycanda 37 nəfərdə korona virus aşkarlanıb, bir nəfər ölüb, 7 nəfər sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib ki, indiyə qədər xəstəlik aşkar olunmadığı üçün 711 nəfər karantindən evə buraxılıb.
COVİD-19 koronavirusu: dünyada və ölkədə vəziyyət nə yerdədir?"Hazırda karantində 560 nəfər var, bu günə qədər 4200-ə qədər müayinə aparılıb", - o deyib.
... Tanınmış azərbaycanlı alim Qalib Əsədov Çində, İranda, İtaliyada, Fransada, İspaniyada və digər ölkələrdə statistikanı araşdırandan, bu sahədə beynəlxalq səviyyəli mütəxəssislərin rəylərini oxuyandan sonra gəldiyi qənaəti paylaşıb:
Tutaq ki, 1000 nəfər bu virusa yoluxub. Onlardan uşaqlar və gənclər də daxil olmaqla, haradasa 900 nəfərdə yüngül qrip əlamətləri olacaq və immun sistem özü virusun öhdəsindən gələcək.
Yerdə qalan 100 nəfərin stasionar müalicəyə ehtiyacı olacaq. Çünki ağır simptomlar üzə çıxacaq - hərarət, baş ağrısı, quru öskürək, ümumi zəiflik və s.
100 nəfərən 80 nəfəri görülən tədbirlərin sayəsində tam sağalacaq. Yerdə qalan 20 nəfərdə ağırlaşma müşahidə olunacaq. İkitərəfli pnevmoniya, boğulma başladığından, reanimasion tədbirlərə ehtiyac yaranacaq. Məhz bu 20 nəfərdən orta hesabla 5 nəfəri dünyasını dəyişəcək.
Düzdür, hətta bir insanın ölümü də faciədir, buna söz yox; amma ümumilikdə rəqəmlər elə də qorxulu deyil, eləmi?
Bəs niyə dünyamız bu qədər çalxalanır? Məsələ burasındadır ki, bu virusla yoluxma dalğavarı şəkildə birdən-birə yüksəlir, xəstələnmədə sıçrayış baş verir. Misallarla izah edim ki, sizə rahat olsun.
Məsələn, İspaniyada özəl və dövlət xəstəxanaları ilə birlikdə 200.000 çarpayı var və onlardan 4000 çarpayı reanimasiyadadır. Xəstəxanalarda həm də digər xəstəliklərdən əziyyət çəkən xəstələr var. Hazırda İspaniyada cəmi 3-4 günün içində 11.178 nəfər xəstələnib. Virus sürətlə yayıldığı üçün, ekspertlərin hesablamalarına görə, 40 milyon əhalisi olan İspaniyada tezliklə xəstələnənlərin sayı 3,2 milyon olacaq ki, onların da 600 minini stasionarda müalicə etmək lazımdır. 200 min nəfər isə oksigen və süni tənəffüs aparatları ilə təmin olunmuş reanimasiyaya yerləşdirilməlidir. Bax bu zaman hərbi qanunlar işləməyə başlayır. O kəslər xilas olunur ki, daha gəncdir və ya yaşamaq şansı daha çoxdur. Səhiyyə sistemi kollaps vəziyyətinə düşür.
Bu gün bizim dövlət də, o cümlədən Dünya Səhiyyə Təşkilatı da məhz bunun qarşısını almağa çalışır. Karantin tədbirlərinə ciddi riayət edin, adamların toplaşdığı məkandan qaçın, əllərinizi tez-tez yuyun. Bu virusla yoluxmuş biri heç ozünün xəbəri olmadığı (əlamətlər bir neçə gündən, bəzən həftədən sonra başlayır) halda, sizi yoluxdura bilər. Bir sözlə, sağlamlığımız öz əlimizdədir.
Orxan Hun
Milli.Az /news.milli.az

Sağlamlıq     Baxılıb: 471   Tarix: 18 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Qəfil ürək ölümü riski yüksək insanlar kimlərdir?

Danimarkalı alimlər diabetli insanların qəfil ürək ölümü riskinin əhəmiyyətli dərəcədə artdığını aşkar ediblər. "Medicina"-ya istinadla xəbər verir ki, alimlər 2010-cu ildə Danimarkada 54.028 ölüm hadisəsini təhli

Şampuna yarım çay qaşığı əlavə edin - ŞOK NƏTİCƏNİ görün

Tez yağlanan saçlar bir çox insan üçün gündəlik həyatda ciddi problemə çevrilir. Köpüklənən şampunlar müvəqqəti təmizlik hissi yaratsa da, saç dərisindəki artıq sebumu tamamilə aradan qaldıra bilmir. . -a istinadən xəbə

Beynin gücünü artıran 6 super qida

Tədqiqatçılar beyin fəaliyyətini stimullaşdıran və onu oyaq saxlamağa kömək edən sağlam qidaların siyahısını tərtib ediblər. KONKRET. -a istinadən xəbər verir ki, alimlərin fikrincə, faydalı qida maddələrinin çatışmazlığ

Ağız təmizliyində sarımsaq satışdakı qarqara vasitələrindən daha təsirlidir 

Yeni elmi araşdırma sübut edir ki, sarımsaq ekstraktı ağız sağlığında "qızıl standart" sayılan kimyəvi tərkiblərlə rəqabət apara bilər. Üstəlik, sarımsaq antibiyotik müqaviməti riskini də azaldır. -a istinadən xəbə

Bu uşaqlar dərslərində pis nəticə göstərir

Sosial mediada daha çox vaxt keçirən uşaqların şifahi oxuma, yaddaş və söz ehtiyatı testlərində daha pis performans göstərdiyi üzə çıxıb. . xəbər verir ki, araşdırma 9-13 yaş arası 6554 yeniyetmənin iştirakı ilə aparılıb

Damarları tıxananlar bu qidalardan İMTİNA ETSİN

Aterosklerozun müalicəsi pəhrizə ciddi yanaşma tələb edir. Ateroskleroz diaqnozu qoyulmuş xəstələr doymuş yağlar, trans yağlar, şəkər və duzla zəngin qidaları pəhrizlərindən çıxarmalıdırlar. -a istinadən xəbər verir ki, kardiolo

Əti bu temperaturda bişirin, YOXSA... 

Ölkəmizdə heyvan kəsimi məntəqələri baytar nəzarəti altında fəaliyyətlərini davam etdirir. Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən -a verilən məlumata görə, heyvan kəsimindən əld

COVID-19 qayıdır: "Frankenşteyn" variantı aşkarlandı

COVID-19 pandemiyası qlobal miqyasda yenidən şiddətlənib. xəbər verir ki, bu barədə "Haber Global"a danışan türkiyəli pulmonoloq Şevket Özkaya məlumat verib. O, son həftələrdə ölkə daxilində tənəffüs yolları yoluxuc

İsti çay və şorbaların fəsadı – Xərçəng YARADA BİLƏR

Acılı və qaynar qidalara sevgi xərçəngə səbəb ola bilər. -a istinadən xəbər verir ki, onkoloq Maqomed Sulimanov niyə isti çaydan çəkinməli olduğumuzu izah edib. O qeyd edib ki, mədə və qida borusu xərçəngi dəhşətli onkoloj


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xeber sonxeber cəbhədən son məlumatlar sonxabar