COVID-19 Türkiyədə yaşayan iranlı ailəni uşaqlarından ayrı salıb - FOTO/VİDEO

COVID-19 Türkiyədə yaşayan iranlı ailəni uşaqlarından ayrı salıb - FOTO/VİDEOCOVID-19 Türkiyədə yaşayan iranlı ailəni uşaqlarından ayrı salıb - FOTO/VİDEO
Türkiyənin Antalya şəhərində yaşayan iranlı Pahram və Məliha Koştinetikhoşa cütlüyü İranla sərhədlər bağlandıqdan sonra geri qayıda bilməyiblər, səkkiz yaşlı övladlarından ayrı qalıblar.
"HaberGlobal"ın verdiyi məlumata görə, onlar qızlarına qovuşmaq arzusundadırlar.
Məlumata görə, tikinti materialları istehsalçısı olan Koştinetikhoşa ailəsi il yarım əvvəl Alaniyaya köçüb. Türkiyədə qanunda olan dəyişikliklə əlaqədar iranlı cütlük burada ev alıb. Onlar İrandakı evlərinə alıcı çıxdıqdan sonra fevralın 9-da qan xəstəliyindən əziyyət çəkən qızları Soruşayı fortepiano müəllimi Siyaveş Şahani və həyat yoldaşı Esin İpekoğlu Şahaniyə əmanət edib, üç günlük müddətə ölkələrinə qayıdıblar. 
Ancaq fevralın 12-də geri qayıtmağı planlaşdıran cütlük xaricdən gəldiyi üçün İranda 14 gün müddətinə karantinə alınıb. Karantin müddəti bitənə qədər isə iki ölkə arasında sərhədlər bağlanıb, ər-arvadın Türkiyəyə girişinə icazə verilməyib.
Soruşa Koştinetikhoşanın aylıq müalicəsi də ana-atasından icazə sənədi olmadığı üçün həyata keçirilməyib. Balaca qızın müalicəsi üçün bütün qapıları döyən Şahani ailəsi Soruşanın ya ailəsinin yanına göndərilməsi, ya da valideynlərinin ölkəyə buraxılması üçün səlahiyyətlilərdən kömək istəyib.

Cib telefonu vasitəsilə övladı ilə görüntülü danışan Meliha Koştinetikhoşa göz yaşlarını saxlaya bilməyib. Ay yarımdır ailəsindən ayrı qalan Soruşa Koştinetikhoşa isə bunları deyib:
"Anam Türkiyəyə gələ bilmədiyi və məni yenidən görə bilmədiyi üçün çox təlaşlanıb. Çox çalışsalar da, gələ bilməyiblər. Onlar karantində qalmağı qəbul edirlər. İran onları qəbul edib, sərhəddən keçə bilər deyib, amma Türkiyə gəlmələrinə icazə verməyib. Əvvəllər mənim böyük qardaşım var idi. O öldüyü üçün mənim də ölə biləcəyimdən qorxurlar. Onlar, sadəcə, bura geri qayıtmaq istəyirlər, heç kimə pislik etmək istəmirlər".
Soruşa Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla XİN rəhbəri Mövlud Çavuşoğluna səslənib: "Tayyib əmi, Mövlud əmi, lütfən, məni ailəmlə qovuşdurun. Ailəm üçün çox darıxmışam.
Axşamlar onlara görə ağlayıram. Ailəm çox kədərlidir. Mənim bundan əvvəl böyük qardaşım ölüb, mənim də xəstəliyim var. Xahiş edirəm, ya ailəmi mənim yanıma gətirin, ya məni onların yanına aparın".
COVID-19 Türkiyədə yaşayan iranlı ailəni uşaqlarından ayrı salıb - FOTO/VİDEOCOVID-19 Türkiyədə yaşayan iranlı ailəni uşaqlarından ayrı salıb - FOTO/VİDEOCOVID-19 Türkiyədə yaşayan iranlı ailəni uşaqlarından ayrı salıb - FOTO/VİDEO

Maraqlı       Tarix: 21 mart 2020
f Paylaş

Oxşar xəbərlər

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi. İspaniyada dünyada ilk dəfə olaraq insanlarda onlarla siçovul hepatiti E-yə yoluxma halı müəyyən edilib. Bu barədə "El Pais" qəzetində yazı dər

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur. Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskini

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ. "Mikrodalğalı sobada yeməkləri plastik qablarda qızdırmaq məsləhət deyil. Çünki materialdan benzol ayrılır, bu da DNT-nin mutasiyasına və zədələnməsin

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO. Böyük Britaniyada timsaha zərbə vuran qadının adı Britaniyanın ilk mülki qəhrəmanlarının kral siyahısına daxil edilib


yeni xeberler azerbaycan xeberleri son xeberler maşın realiti şou ən son xeberler son xəbərlər bugün 2026 en son xeberler bu gun