COVID-dən daha təhlükəli — 2 günə öldürən virus sürətlə yayılır - Həkim danışdı
Koronavirusdan daha ağır fəsadlar törədən meningokok infeksiyası İngiltərədə 34 nəfərdə qeydə alınıb. İnfeksiyanın yayılma mexanizmləri isə suallar doğurur.
Bəs dünyanı yeni karantin dalğası təhdid edə bilərmi?
Hadisə ilə bağlı KONKRET.az-a açıqlama verən tibbi ekspert Adil Qeybulla bildirib ki, meningokok bakterial infeksiyadır.
Onun sözlərinə görə, bu bakteriya hava-damcı yolu ilə yayılır və bu tip infeksiyaların hamısı təhlükəlidir.
Ekspert əlavə edib ki, meningokok ildırım sürəti ilə inkişaf edir. Yüksək temperatur, ağır intoksikasiya yaradır və beyin qişalarının iltihabına səbəb olur. Bu səbəbdən xəstəlik meningit adlanır.
"Eyni zamanda qanda yüksək konsentrasiyada bu mikroblar dövr edir və iltihabı davamlı şəkildə dəstəkləyir. Xəstəlikdən ölən şəxslərin beyin qişalarında çoxsaylı şişkinlik və qansızmalar müşahidə olunur", – deyə o qeyd edib.
Ekspert vurğulayıb ki, xəstələr vaxtında müalicə almadıqda, xəstəlik 1–2 sutka ərzində ölümlə nəticələnə bilər. Hazırda bu infeksiyaya qarşı vaksin mövcuddur və müxtəlif profilaktik tədbirlər görülür. Onun fikrincə, bu bakteriya ilə yoluxub ağır vəziyyət yaşamaqdansa, vaksin olunmaq daha məqsədəuyğundur və valideynlər bunu nəzərə almalıdır.
Adil Qeybulla sonda bildirib ki, meningokok vaksini olduqca önəmlidir. Hətta yoluxma halında belə, xəstəliyin daha yüngül keçməsinə kömək edir. Bu vaksin Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə dünyanın bir çox ölkəsində vacib vaksinasiya siyahısına daxil edilib. Təəssüf ki, bəzi hallarda bu vaksindən imtina edənlər də var.
Dəniz Pənahova
KONKRET.az

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident
Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir - FOTOLAR
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
39 yaşlı kişi evində ölü tapıldı
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Çinlə Azərbaycanın ticarət dövriyyəsi 3,46 milyard dollara çatıb
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Bu rayonun bir sıra ərazilərində qaz kəsilib
Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib
Minik avtomobili ilə sərnişin mikroavtobusu toqquşub
Dövlət bu şəxslərə 11 min manat verəcək
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda