Çoxuşaqlı ana sadə qaydaya əməl etməklə 45 kq arıqladı - FOTO
Çoxuşaqlı ana sadə qaydaya əməl etməklə 45 kq arıqladı - FOTO
ABŞ-ın Luiziana ştatının Huma şəhər sakini sadə qaydaya əməl etməklə bir ilə 45 kq arıqlayıb. Belə ki, o, CICO üsulunu (aldığından daha çox kalori vermək) sınamaq qərarına gəlib, nəticələr isə heyrətamiz olub.
"Daily Mail"in məlumatına görə, 26 yaşlı üç uşaq anası Corciya Malbro 103 kq-a çatanda artıq vəziyyətin kritik həddə getdiyini anlayıb.
"Həyatda tarazlıq tapmalı olduğumu və analıqdan tam zövq almaq üçün sağlamlığımı qorumağın vacibliyini başa düşdüm", - deyə qadın bildirib.
O, fərqli pəhrizləri sınasa da, hamısı eyni nəticəyə gətirib çıxarıb - itirilən kiloqramlar yenidən qayıdıb. Nəhayət, Malbro başqa üsul axtarmağa qərar verib: İnternetdə bədənin piyləri necə yandırdığı və maddələr mübadiləsinin necə işlədiyini öyrənib:
"Sadə bir həqiqət öyrəndim - arıqlamaq yeyilən və yandırılan kalorilərin nisbətindən asılıdır. Düşünürəm ki, arıqlamağın əsas qaydası budur"
Malbro maddələr mübadiləsini hesablamaq üçün düsturdan istifadə edərək, həftədə üç dəfə beş kilometr yerimə ilə arıqlaya biləcəyi gündəlik kalorini təyin edib, sonra isə gün ərzində yandırdığı kalorilərin sayını izləmək üçün fitnes-qolbaq alıb.
Nəticədə o, 13 ay ərzində 58 kiloqram arıqlayıb və sonrakı altı ay ərzində bu çəkini qoruya bilib. Hazırda o, idman salonuna həftədə altı dəfə baş çəkir və uğurlarını "Instagram" hesabında paylaşır.















Turlar.az [newsid: 0-123300]

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb