Cüzi ödənişlər müqabilində böyük PULLAR - Vətəndaşlar diqqətli olmalıdır!

Cüzi ödənişlər müqabilində böyük PULLAR - Vətəndaşlar diqqətli olmalıdır!Bu gün sosial şəbəkələrdə rəqəmsal valyuta bazarına az məbləğdə pul qoymaqla qısa müddətdə böyük pullar qazanmaq təklifi ilə bağlı tez-tez reklamlara rast gəlirik. Lakin burada şübhəli bir məqam odur ki, reklam tamamilə başqa mövzuda, xüsusən də vətənpərvərlik mövzusunda olur ("Azərbaycanlı qəhrəman öz ölkəsinə kömək etməklə həbsxanaya düşmək riski ilə üzləşib"), lakin reklama keçid edəndə söhbətin tamamilə başqa mövzudan getdiyini görürük. Digər tərəfdən isə bu reklamlar məşhur şəxslərin adından edilir ki, həmin insanların da bu cür reklama qoşulması inandırıcı görünmür.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, bir sıra hallarda insanları şirnikləndirən və çox təəssüf ki, onları ziyana salan reklamlar yayımlanmaqdadır:
"Belə hallar əvvəlki dövrlərdə də müşahidə olunurdu. Əvvəllər şəbəkə biznesinin bu tip şirnikləndirici reklamlarına rast gəlirdik - guya qısa zamanda varlanmaq və böyük məbləğdə gəlir əldə etmək. İndi isə kriptovalyuta bazarında gəlir əldə etməklə bağlı mütəmadi reklamlara rast gəlinir. Amma mən düşünürəm ki, birmənalı şəkildə vətəndaşlar ehtiyatlı və diqqətli olmalıdırlar. Bir sıra hallarda insanlardan cüzi ödənişlər tələb olunur, onun müqabilində isə böyük məbləğlər təklif edilir. Vətəndaş isə düşünür ki, tələb olunan məbləğ böyük deyil - 80-100 dollar. Təklif olunan məbləğ isə milyonlarla ifadə olunduğuna görə bütün hallarda vətəndaşlar şirnikərək buna razılıq verirlər.
Burada ödənilən vəsaitlərin qaytarılması da mümkün deyil. Ona görə də insanların diqqətli olması və şirniklənərək qısa müddətdə böyük vəsaitə sahib olmaq istəyi ilə bu cür reklamların qurbanı olmamağa çalışmalıdırlar".
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, sosial şəbəkələr açıq platformadır: "Yəni burada hər cür informasiya ola bilər. Düşünürəm ki, burada təbii ki, istifadəçinin də, dövlət qurumlarının da üzərinə müəyyən vəzifələr düşür.
Birinci növbədə istifadəçi özü diqqətli olmalıdır. Burada cəlbedici elanlar olar bilər ki, "5 manat qoy, 10 manat götür". Yəni belə məsələlərdə gərək öncə istifadəçi özü diqqətli olsun. İstifadəçi həmin saytın nə qədər etibarlı, ciddi olmasını araşdırmalıdır. Birbaşa ödənişlər etməkdən, tələyə düşməkdən ehtiyatlanmalıdır".
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 17 iyul 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Alimentin artırılması boşanmaların sayına necə təsir edəcək?

2027-ci il yanvarın 1-dən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması təklif olunur. Bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsind

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

İpoteka krediti qaydaları dəyişdi

Azərbaycanda ipoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edilib. xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb. Dəyişikliyə əsasən, Fondun satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsind

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi


azerbaycan xeberleri son xeberler yeni xeberler en son xeber sonxeber az şou biznes xəbərləri metbuat