D-8-dən Azərbaycanın üzvlüyü ilə bağlı AÇIQLAMA
Azərbaycan hökuməti martın 19-da D-8 (Developing-8) İqtisadi Əməkdaşlıq Təşkilatının İstanbulda yerləşən Katibliyinə D-8 Nizamnaməsinin ratifikasiya sənədlərini rəsmi olaraq təqdim edib və bununla da Azərbaycanın təşkilata tamhüquqlu üzv kimi qoşulma prosesi başa çatıb.
KONKRET.az xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb.
Məlumatda qeyd olunur ki, 2024-cü il dekabrın 19-da Misirin paytaxtı Qahirədə keçirilən D-8-ə üzv dövlət və hökumət başçılarının 11-ci sammitində Azərbaycanın təşkilata üzvlüklə bağlı müraciəti yekdilliklə qəbul edilib.
"Bu qərardan sonra Azərbaycan təşkilata üzvlük üçün vacib şərt olan D-8 Nizamnaməsinin ratifikasiyası prosesinə başlayıb. Bu proses çərçivəsində Azərbaycan Milli Məclisi 7 mart 2025-ci il tarixində D-8 Nizamnaməsinin ratifikasiyası haqqında 149-VIIQ saylı Qanunu qəbul edib, daha sonra həmin qanun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanaraq rəsmi qüvvəyə minib.
Şübhəsiz ki, Azərbaycanın D-8-in doqquzuncu üzvü kimi qoşulması təşkilatın inkişafında mühüm mərhələdir. Bu hadisə yeni imkanlar açmaqla təşkilatın Nizamnaməsində təsbit edilmiş məqsəd və vəzifələrin həyata keçirilməsində üzv dövlətlər arasında əməkdaşlığı daha da gücləndirmiş olacaq",- deyə təşkilatın bəyanatında vurğulanır.

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir