Dağda meyiti tapılan Hollivud ulduzunun ölüm səbəbi ekspertləri çaş-baş qoyub - FOTO
Dağda meyiti tapılan Hollivud ulduzunun ölüm səbəbi ekspertləri çaş-baş qoyub - FOTO
Kaliforniyadakı San Qabriel dağlarında itdikdən altı ay sonra meyiti tapılan Hollivud ulduzu Culian Sendsin ölüm səbəbi müəyyən olunmamış sayılıb.
Bu barədə jurnalistlərə San Bernardino dairəsinin Polis Departamentinin ictimai məlumat üzrə məsul əməkdaşı Mara Rodrigez məlumat verib.
O, koroner (qeyri-adi şəraitdə və ya qəfil baş verən ölümləri xüsusi olaraq araşdıran və ölümün səbəbini birbaşa müəyyən edən məmur) istintaqı zamanı ölüm səbəbinin dəqiq müəyyən edilə bilinmədiyini vurğulayıb.
Hüquq-mühafizə orqanının nümayəndəsi əlavə edib ki, bu tipli işlərə baxılarkən belə nəticələrə gəlinə bilər.
Beləliklə, onun bədbəxt hadisə nəticəsində öldüyü qərarı verilib.
Xatırladaq ki, yanvarın 13-də britaniyalı aktyorun ailəsi onun Los-Anceles yaxınlığındakı dağda gəzintiyə çıxdıqdan sonra itkin düşdüyünü bildirib. 65 yaşlı aktyorun xüsusilə çətin hava şəraitində keçən axtarışı üçün helikopter və pilotsuz uçuş aparatlarından da istifadə edilib.
İyun ayında San Bernardino polisi 500 saat ərzində səkkiz raund axtarış apardıqlarını bildirib. Bundan bir həftə sonra isə Kaliforniya dağlarında gəzintiyə çıxan turistlər Baldi zirvəsi yaxınlığında Sendsin yoxa çıxdığı ərazidə insan qalıqları tapıblar. DNT analizi qalıqların "Warlock", "A Room with a View", "Leaving Las Vegas", "Oceans Thirteen" kimi filmləri və "24", "Dexter", "Gotham" kimi seriallardakı rolları ilə sevilən Culian Sendsə aid olduğunu təsdiqləyib.
Mənbə: The Hollywood reporter
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR