Daha 84 gənc IBA Tech Akademiyasından məzun oldu

Daha 84 gənc IBA Tech Akademiyasından məzun olduAzərbaycan Beynəlxalq Bankının IBA Tech Akademiyasının növbəti buraxılışı olub. İkinci proqram üzrə Akademiyaya qəbul olunmuş tələbələr tam tədris kursunu uğurla başa vuraraq sertifikatlar əldə ediblər. Bu münasibətlə təşkil edilmiş "Məzun günü" mərasimi karantin səbəbindən onlayn formatda  keçirilib.
IBA Tech Akademiyasının ikinci proqramında Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə bu dəfə 84 tələbə təhsil alıb. Onlardan 41 nəfəri Mobil development, 43 nəfəri isə Backend üzrə intensiv kurs keçib. Yanvarda elan edilmiş proqram üzrə dərslər karantin dövrünə təsadüf etdiyindən bütün təlimlər distant qaydada aparılıb. Proqram 6 ay davam edib. Məzunların 52  nəfəri Akademiyanı fərqlənmə ilə bitirib.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov mərasimdəki çıxışı zamanı pandemiyanın IBA Tech Akademiyasında dərslərə mane olmadığını, innovativ həllər hesabına tədris prosesinin məsafədən tam şəkildə həyata keçirildiyini bildirib. O, ötən buraxılışda bu təhsil müəssisəsindən 90 nəfər gəncin məzun olduğunu xatırladıb. Onların böyük əksəriyyətinin Azərbaycan Beynəlxalq Bankında işlə təmin edildiyini, digər bir qisminin isə başqa qurumlarda karyera həyatına başladıqlarını diqqətə çatdırıb: "İnnovativ inkişaf layihələri genişləndikcə informasiya texnologiyaları mütəxəssislərinə tələbat daha da artacaq. Biz IBA Tech Akademiyasını bu tələbatı nəzərə alaraq yaratdıq. Ölkəmizin biznes sferasında bir ilk olan bu təşəbbüsümüzün uğuru bizi innovasiyalar sahəsində yeni layihələrə ruhlandırdı. Hazırda IBA İnnovasiya Mərkəzimiz  fəaliyyətdədir və FinTech üzrə 12 startap layihəsi bu Mərkəzdə inkubasiya mərhələsindədir. Mərkəzin ilk rezidentləri sırasında Akademiyamızın ilk məzunlarından təşkil edilmiş komandalar da var. Ölkəmizdə innovasiyalar ekosisteminin inkişafına kompleks dəstək layihələrimiz isə bundan sonra da davam etdiriləcək".
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. /news.milli.az

İqtisadiyyat       Tarix: 24 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub. "Crysta

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB


azerbaycan xeberleri yeni xeberler son xeberler idman xeberleri krminal bu gun son xeber.az xeber.az