Daha iki qazi yüksək texnologiyalı protezlərlə təmin edildi
Prezident İlham Əliyevin tapşırığı əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qazilərimizin son nəsil müasir protezlərlə təminatı işləri davam etdirilir.
Nazirlikdən Azxeber.com-a verilən məlumata görə, Vətən müharibəsinin daha iki iştirakçısını - Mingəçevir şəhər sakini Abdulla Abdullayevi və Qazax rayon sakini Abbas Yusifovu yüksək texnologiyalı protezlərlə təmin edilib.
Onlar Nazirliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində ilkin hazırlıq mərhələsi keçdikdən sonra ən müasir reabilitasiya vasitələri ilə təmin ediliblər.
A.Abdullayev Ağdam rayonu uğrunda döyüşlərdə ağır yaralanaraq hər iki ayağını itirib. Dövlət başçısının Sərəncamları ilə o, "Cəsur döyüşçü" və "Ağdamın işğaldan azad olunmasına görə" medalları ilə təltif edilib.
A.Yusifov isə Suqovuşan, Talış istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq sol ayağını itirib. O da Prezident İlham Əliyevin Sərəncamları ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. Hər iki qaziyə əlilliyə görə aylıq sosial ödənişlər təyin edilib.
Nazirlik ötən ilin dekabrından qazilərimizin yüksək texnologiyalı protezlərlə təminatına başlayıb və artıq 140-dan çox hərbçi ən müasir protezlərlə təmin olunub və bu proses davam edir.



Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR