Dekabrın 14-dən parça maska taxanlar cərimələnəcək? - VİDEO
Dekabrın 14-dən parça maska taxanlar cərimələnəcək? - VİDEO
Sosial şəbəkələrdə sərt karantin rejimi günlərində parça maska taxanların cərimələnəcəyi ilə bağlı fikirlər səsləndirilir. Mövcud fikirlər əhali arasında narahatlıq yaradıb.
Bu məsələnin nə dərəcədə həqiqəti əks etdirdiyini dəqiqləşdirmək üçün aidiyyəti orqanlara müraciət etdik.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis mayoru Elşad Hacıyev sözügedən iddiaların əsassız olduğunu deyib.
O bildirib ki, polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən tibbi maskaların çeşidlərinə və ya rənglərinə hər hansı bir məhdudiyyət tətbiq olunmur:
"Sosial şəbəkələrdə bu mövzu ilə əlaqədar yayılan məlumatlar həqiqəti əks etdirmir. 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə ərazisində bütün qapalı və açıq məkanlarda, ictimai yerlərdə müvafiq qaydada tibbi maskalardan istifadə məcburidir.
Xatırladım ki, tibbi maskalardan istifadə edilməməsi və ya tələb olunan normalara uyğun şəkildə taxılmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır".
Könül Cəfərli
f PaylaşTezbazar.az elanlar sayti [newsid: 0-123300]

Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü