Demişəm ki, müharibədə can qoymuşam, deməmişəm qaziyəm' - Poliklinikanın şüşəsini sındıran şəxs DANIŞDI

Xəbər verdiyimiz kimi, Bakı şəhərində fəaliyyət göstərən7 saylı Şəhər Poliklinikasında vaksinasiya prosesində gərginlik yaşanıb.
Səhiyyə Nazirliyinin məlumatına görə, sözügedən hadisəötən gün axşam saat 18:40 radələrində baş verib. Məlumata görə, sıra gözləyən şəxslərdənbiri poliklinikanın qapısını sındıraraq içəri daxil olub və 3 həkimə xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi,polis polkovniki Ehsan Zahidov da hadisə ilə bağlı açıqlama verib. Onun sözlərinəgörə, həmin şəxsin kimliyi məlum olub:
"Hadisəni törədən şəxs 1978-ci il təvəllüdlüCeyhun Ağayevdir. Onun 90-cı illərin Qarabağ müharibəsi zamanı döyüşlərdəiştirak etməsi ilə bağlı dedikləri yalandır. Həmin vaxt onun 16 yaşı olub. Vətəndaşıntörətdiyi əməllə bağlı tərəfimizdən araşdırma aparılır".
"Araşdırmanın nəticəsindən asılı olaraq məsələyəhüquqi qiymət veriləcək", - deyə DİN rəsmisi qeyd edib.

Azxeber.com-un redaksiyası ilə əlaqə saxlayan vəinsidenti törədən Ceyhun Ağayev hadisənin necə baş verdiyini danışıb. O, dövlətqrumlarının açıqlamalarını qəbul etmədiyini və Qarabağ qazisi olmadığını, sadəcədöyüşlərdə iştirak edərək yaralandığını bildirib.
Həmin müsahibəni təqdim edirik:
- Hadisə necə baş verib?
- Saat 2 radələrində mən poliklinikaya yaxınlaşdım vənövbə tutdum. Mənə 787-ci sıranı verdilər. Soruşdum ki, xanım, növbə çoxdur, əgərgözləməyə dəyərsə, mən gözləyim. Mən xəstə adamam, dayana bilmirəm. Gözləməyə dəymirsə,gedim sabah gəlim. Dedi, yox, gözləyin. Saat 5 idi, gördüm hələ adam çoxdur, mənədə növbə çatmır. Bir daha soruşdum, əlindəki siyahını göstərdi, dedi sizinadınız artıq içəri gedib, narahat olmayın. Siyahıda adı içəri gedənlərin hamısıbu gün keçəcək. Artıq saat 6 idi, yoldaşımla oturmuşduq. İçəridən bir xanım iynəvurdurub çıxdı, gəlib yoldaşıma dedi ki, ay bacı, nə gözləyirsiniz, həkimlərçıxıb gedib. Dedim, ola bilməz axı, bizə deyiblər ki, keçəcəksiniz. Artıq saat7-yə işləyirdi, yaxınlaşdım, orada da bir kişi var idi. Bilmədim könüllü köməkedirdi, ya işçi idi. Dedi ki, bağladılar getdilər. Dedim bəs belə olmaz axı,kimsə çıxıb bizə məlumat versin, sabahdan da işə vaksin pasportu olmadan icazəverməyəcəklər. İçəridə də nə edirlər, nə danışırlar, eşitmirəm. Qapını bir neçədəfə döydüm. Özüm də ruhi-əsəb xəstəsiyəm, hazırda da Gəncə şəhərPsixonevroloji Dispanserində qeydiyyatdayam. Sənədim də var. Əsəbləşdim, vurub şüşəniqırdım. Əlim, qolum da kəsildi.
Girib dedim ki, kimisə çağırın. Telefonu götürüb çəkməkistədilər. Dedim aparın polisə də göstərin. Mən haqqımı tələb edirəm. İş vaxtınızsaat 7-yə qədərdir, amma hələ saat 7 deyil, bağlayırsınız.
- Poliklinikanın şüşəsini qıranda xəsarət alan oldu?
- Deyirlər ki, 3 həkim xəsarət alıb, bu da yalan söhbətdir.Sadəcə qadın telefonla çəkəndə mənim yoldaşım onun telefonunu əlindən almaq istədi,mən qoymadım. O da mənim yoldaşımın saçını yoldu. Mən də dedim, heç nə olmaz,qadındılar. Mən orada heç kimə əl qaldırmamışam, təhqiramiz söz də deməmişəm.Sadəcə tələb etmişəm ki, bir nəfər çıxsın bizi başa salsın.
- Bu hadisə ilə bağlı polisə çağrılmısınız?
Çıxıb gördüm polislər gəlir. Polisin qarşısına keçibdedim ki, cənab mayor, mənə görə gəlmisinizsə, gəlin gedək. Mən də şöbəyə gedirəm,şüşəni mən qırmışam. Dünəndən də şöbədə iş gedir. İndi gəlib məndən sənədləriistədilər, harasa aparmaq üçün. Aparıb yoxlasınlar, mən yalan danışmıram.
-Sizdən hansı sənədləri istədilər?
Yaralanmağımla bağlı sənədi, yəni Birinci Qarabağ Müharibəsindəyaralanmağımı təstiq edən sənəd. Mən 1993-cü ilin iyulunda, Ağdam işğal olunangün Ağdamın Əhmədabad kəndində yaralanmışam. Bir də Müdafiə Nazirliyindən də mənimyaşımla bağlı bir məlumat yayıllıb. Mənim 1993-cü ildə 15 yaşım olub, bunu gizlətmirəm.Mən 15 yaşımda döyüşmüşəm. Mən orada demişəm ki, müharibədə can qoymuşam, demədimmən qaziyəm, demişəm canımı qoymuşam, bu da sizin bizə qoyduğunuz hörmətdir. Mənimyaralanmağım haqqında da, hosbitallarda yatmağım haqda bütün sənədlər var. O sənəddə qanuni sənədlərdir.
- Sizə qarşı hər hansı cinayət işi açılıb?
İzahatımı alıblar, oturmuşam, deyirlər hələ gözləyin. Dedilərşüşəni qırmışam, dedim əsəbləşib qırmışam, müdirimdən xahiş edərəm pul verər,düzəltdirərəm.
Ceyhun Ağayev redaksiyamıza xəstə olduğunu iddia etdiyi sənədlərin bir qismini də göndərib. 
Demişəm ki, müharibədə can qoymuşam, deməmişəm qaziyəm' - Poliklinikanın şüşəsini sındıran şəxs DANIŞDIDemişəm ki, müharibədə can qoymuşam, deməmişəm qaziyəm' - Poliklinikanın şüşəsini sındıran şəxs DANIŞDIDemişəm ki, müharibədə can qoymuşam, deməmişəm qaziyəm' - Poliklinikanın şüşəsini sındıran şəxs DANIŞDI

Sosial       Tarix: 01 sentyabr 2021
f Paylaş

Oxşar xəbərlər

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbər en son xəbərlər bugün son xeber metbuat