Dənizdə batan gənc polis həmin gün 4 nəfəri ölümdən xilas edibmiş - TƏFƏRRÜAT
Bakıda çimərlikdə boğulmaqda olan şəxsi sudan çıxarmaq istəyərkən həyatını itirən gənc polis əməkdaşı həmin gün 4 nəfəri ölümdən xilas edə bilib.
Azxeber.com Trend-ə istinadən xəbər verir ki, hadisə Xəzər rayonundakı "Mayak" çimərliyində baş verib. Əlahiddə Çevik Polis Alayının əməkdaşı, 21 yaşlı İbrahim Əlosmanov dənizə əslində çimməyə deyil, təsadüfən gedibmiş.
Məlumata görə, polis əməkdaşı sahildə olarkən dənizdə bir ailənin 5 üzvünün boğulmaq təhlükəsilə üzləşdiyini görüb. Özünü itirməyən İ.Əlosmanov dərhal dənizə girib və ilk cəhddə ailənin iki üzvünü xilas edib. Daha sonra o, daha iki nəfəri ölümdən qurtarıb sahilə çıxarıb. Həmin vaxt xilas etdiyi şəxslərdən biri qəflətən epilepsiya keçirib və həmin şəxsin dili qatlanıb. Polis əməkdaşı bu prosesdə də özünü itirməyib və həmin şəxsin həyatını təkrar xilas edə bilib.
Məlumatda bildirilir ki, İ.Əlosmanov 4 nəfəri xilas edəndən sonra yorulub taqətdən düşsə də, xilas edilənlər daha bir nəfərin dənizdə batmaq təhlükəsində olduğunu deyib. Yorğun olmasına baxmayaraq, polis əməkdaşı yenidən dənizə girərək həmin şəxsi də xilas etmək istəyib. Amma İ.Əlosmanov yorğun və halsız olduğundan sonuncu şəxsi xilas edə bilməyib. Dənizdə gücdən düşən polis əməkdaşı boğulan şəxsi tutsa da onu dənizdən çıxarmağa gücü çatmayıb. O həmin şəxsi köməksiz vəziyyətdə buraxmaq istəmədiyindən özü də onunla birlikdə boğulub. Küləkli hava şəraiti nəticəsində yaranan dalğa hər ikisini dənizin dərin yerinə atıb və onlar xilas ola bilməyiblər.

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi
Leyla Əliyeva Yevlaxda Cümə məscidinsə - FOTOLAR
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
DÇ-2026: İspaniya və Portuqaliya 1/8 finalda
"Qarabağ" "Ferentsvaroş"dan futbolçu alır - Foto
Arman Abovyan: "Ermənistan "Qərbi Azərbaycan" layihəsinə xidmət edən surroqat quruma çevrilir"
Ermənistanda dövlət sirrini yayan polkovnik həbs olundu
Ermənistan bu dəmir yolunun bərpasına başladı
ABŞ Cənubi Qafqaza niyə hələ də səfir göndərmir? - İLGİNC SƏBƏBLƏR
Tanınmış musiqiçi qəzada həlak oldu - FOTO
Urmiyalı gözəl 75 yaşında öldürüldü
Göldən tapılan həkim şəhid qızı imiş - atası ilə eyni yaşda
Bakıda işdən qovulan sürücü mağazanı yandırdı
Ləman Ələşrəfqızını aldadan şəxs saxlanıldı
Hikmət Hacıyev professor Ceffri Saks ilə görüşdü – FOTO