Deputat: "Azərbaycan Yaxın Şərqdə stabillik faktoruna çevrilib

Deputat: Bu gün AzTV-də yayımlanan "Hədəf" verilişinin qonağı olan Milli Məclisin deputatı Tural Gəncəliyev Azərbaycan ilə Suriya arasında formalaşmaqda olan münasibətlər və Azərbaycanın Yaxın Şərqdə artan rolu barədə fikirlərini bölüşüb.
azxeber.com xəbər verir ki, deputat bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan bölgədə stabillik faktoruna çevrilib:
"Bu gün Azərbaycan geosiyasi oyunçu olaraq dünyanın geosiyasi mənzərəsinin formalaşdığı Yaxın Şərqdə mühüm rol oynayan bir ölkəyə çevrilib. Mən digər bölgələri və dövlətləri aşağılayıcı mənada qeyd etmirəm, amma bu gün geosiyasi gündəm əsasən Yaxın Şərqdə müəyyənləşir."
Tural Gəncəliyev qeyd edib ki, Azərbaycanın Yaxın Şərqdə stabillik yaratması, Türkiyə və Suriya ilə formalaşan əməkdaşlığı müsbət qarşılanmalıdır:
"Azərbaycan-Türkiyə-Suriya ittifaqı yeni müsbət xarakter daşıyan bir müttəfiqlikdir. Suriya geosiyasi baxımdan çox mühüm ölkədir – Aralıq dənizinə çıxışı var, Türkiyə ilə həmsərhəddir. Lakin illərdir davam edən münaqişələr nəticəsində Suriya dağılmış vəziyyətə düşüb və bölgədə destabilizasiya faktoru kimi çıxış edib."
Deputat qeyd edib ki, Suriyadan milyonlarla qaçqının Türkiyəyə köçməsi bu ölkə üçün ciddi yükə çevrilib. Onların saxlanılması və geri qayıdışı məsələsində Azərbaycanın diplomatik aktivliyi xüsusi əhəmiyyət daşıyır:
"Azərbaycanın bu istiqamətdə uğurlu diplomatik fəaliyyəti Yaxın Şərqdə artan rolumuzu göstərir. Bu, bölgədə daha çox müsbət nəticələrə gətirib çıxaracaq."
Enerji təhlükəsizliyi mövzusuna toxunan Tural Gəncəliyev bildirib ki, Azərbaycan bu sahədə də mühüm töhfələr verir:
"Baxmayaraq ki, Yaxın Şərq özü enerji habıdır, Azərbaycan Suriyaya enerji təhlükəsizliyi baxımından dəstək göstərməklə sübut edir ki, təkcə enerji resurslarına malik olmaq kifayət deyil. Onların sabit ixracı, nəqli və təhlükəsizliyi də vacibdir. Azərbaycan bu sahədə də dünya səviyyəsində uğurlu aktora çevrilib."
Oksana Orucova 

Siyasi       Tarix: 15 iyul 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı


yeni xeberler son xeberler azerbaycan xeberleri hava durumu azerbaycanda son xeberler xəbər.az cəbhədən ən son xəbərlər