Deputat Kamal Cəfərov hesabat verdi
Deputat Kamal Cəfərov hesabat verib.
Azxeber.com deputatın sosial şəbəkədə paylaşdığı hesabatı təqdim edir:
"Əziz Sabirabadlılar,
İstərdim ki, 2-ci Qarabağ müharibəsi şəhidləri və onların ailələrinə dəstək sahəsində görülmüş işlər barədə hesabat verim. Çünki düşünürəm ki, hal-hazırda seçicilərimi qarşısında hesabatlı olduğum ən vacib və onları ən çox narahat edən məsələ şəhid ailələrinin qayğılarıdır.
İlkin olaraq qeyd edim ki, 63 saylı seçki dairəsində 14 şəhid ailəsi var. Hər bir ailə ilə bir neçə dəfə görüşmüşəm, dəfələrlə telefon əlaqəsi yaratmışam. Bir neçə şəhidimizin ad günü ilə bağlı anım mərasimində, ailə üzvlərinin iş yerlərinə getmişəm. Bunlarla yanaşı aşağıdakı istiqamətlər üzrə bütün proseslərin aktiv iştirakçısı olmuşam.
Birincisi dairəmdə olan bütün şəhid ailələri 11 min manat sığorta pulu, Heydər Əliyev Fondu tərəfindən 10 min manat və 3 min manat (dəfn pulu) yardımı alıblar.
İkincisi bütün şəhid ailələrinə ölüm kağızlarının alınması, aidiyyəti dövlət qurumlarla əlaqədə dəstək verilib. Qeyd etməliyəm ki, dairəmdəki bütün şəhid ailələri hazırda 500 azn təqaüdü alırlar. Hərbiçi olmuş 2 şəhidin ailəsi də 500 azn-dən əlavə 700-1000 azn arası şəhidimizin pensiya hüququ ilə bağlı yaranmış müavinəti də alırlar.
Üçüncüsü YAŞAT Fondunun dəstəyi ilə 6 şəhid ailəsinin 39 min manat kredit borcu bağlanıb, 3 şəhid ailəsinə məişət şəraitini yaxşılaşdırmaq üçün 16 min manat yardım edilib, 2 şəhid ailəsinə müalicə üçün 8 min manat yardım edilib. Bu istiqamət üzrə YAŞAT Fondu ilə səmərəli əməkdaşlığımız olub. Bu prosesdə göstərdiyi xüsusi çevik yanaşmaya görə Rəbiyyə xanıma təşəkkür edirəm.
Dördüncüsü 2 şəhid abidəsinin təmirinə və 1 şəhidin məktəbdə guşəsinin yaradılmasına dəstək verilib.
Beşincisi 1 şəhid ailəsinin üzvünün məktəbdə işə qəbulu, 1 şəhid ailəsinin üzvünün Sabirabadda Mexaniki Suvarma İdarəsinə işə qəbulu, 2 şəhid ailəsinin üzvünün özünəməşğulluq proqramına cəlb edilməsi, 2 şəhid ailəsinin üzvünün isə çalışdığı yerdə daha yaxşı işlə təmin olunmasına dəstək verilib.
Bu proseslər bu gün də davam edir. Şəhid ailələrinin qayğısı bizim vəzifəmizdir".

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR