Deputat olmaq istəyənlərin nəzərinə – 500 min manatlıq fond yarada bilərlər

Deputat olmaq istəyənlərin nəzərinə – 500 min manatlıq fond yarada bilərlər Deputat olmaq istəyənlərin nəzərinə – 500 min manatlıq fond yarada bilərlər
2020-ci ilin fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Artıq hakim Yeni Azərbaycan Partiyası da deputatlığa namizədlərinin siyahısını açıqlayıb.
Deputatlığa namizədlər üçün seçki ərəfəsində bir çox əlavə imtiyaz verilir.
Oxu.Az-ın məlumatına görə, Seçki Məcəlləsinin 150-ci maddəsi Milli Məclisə seçkilər zamanı qeydə alınmış namizədin nəqliyyat xərclərinin ödənilməsi ilə bağlıdır.
Birmandatlı seçki dairəsi üzrə qeydə alınmış namizədə müvafiq seçki dairəsi ərazisinin hüdudlarında ümumi istifadədə olan şəhər, habelə şəhərkənar və şəhərlərarası nəqliyyat vasitələrində gediş-gəlişin dəyəri müvafiq ödəniş sənədləri təqdim edildikdə ödənilir.
Lakin taksi və sifarişli reyslər istisna təşkil edir.
Bir neçə seçki dairəsi olan şəhərlərdə bu dairələrin birində qeydə alınmış namizədə şəhərdə gediş-gəlişinin dəyəri müvafiq ödəniş sənədləri təqdim edildikdə ödənilir.
Məcəllədə namizədin namizəd kimi çıxış etdiyi birmandatlı seçki dairəsinin hüdudlarından kənarda yaşaması amili də nəzərə alınıb.
Bu zaman əlavə olaraq ona dəmir yolu və ya ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə dörd dəfə, təyyarə ilə iki dəfə, seçki dairəsinə və geriyə gediş-gəlişinin dəyəri müvafiq ödəniş sənədləri təqdim edildikdə ödənilir.
Birmandatlı seçki dairəsi üzrə qeydə alınmış namizədin gediş-gəlişinin dəyəri seçkilərin hazırlanmasına və keçirilməsinə ayrılan vəsait hesabına müvafiq dairə seçki komissiyası tərəfindən ödənilir.
Bu cür ödəmələr Mərkəzi Seçki Komissiyasına ayrılan vəsait hesabına həyata keçirilir.
Yalnız prokuror "toxuna" bilər
Digər bir məqam isə qeydə alınmış deputatlığa namizədin toxunulmazlığı ilə bağlıdır.
Qeydə alınmış namizəd bu Məcəllənin 70.1-ci maddəsində göstərilən müddətdə müvafiq prokurorun razılığı olmadan, namizəd kimi qeydə alındıqdan sonra törətdiyi əməllərə görə cinayət məsuliyyətinə cəlb edilə, tutula bilməz. Məhkəmə qaydasında müəyyənləşdirilən inzibati tənbeh tədbirlərinə məruz qala bilməz.
Qeydə alınmış namizəd yalnız cinayət başında yaxalanarsa, tutula bilər. Belə razılıq verildikdə və ya digər qərar qəbul edildikdə, müvafiq prokuror və ya məhkəmə namizədin qeydə alındığı seçki komissiyasını bu barədə dərhal xəbərdar edir.
Seçki fondlarını "qidalandıran" mənbələr
Seçki Məcəlləsinin 156-cı maddəsi deputatlığa namizədlərin seçki fondları ilə əlaqədardır.
Həmin maddənin birinci bəndində yazılıb ki, namizədin seçki fondunun yuxarı həddi 500 min manatdan çox olmamalıdır.
Birmandatlı seçki dairəsi üzrə irəli sürülən namizədlərin, qeydə alınmış namizədlərin seçki fondları aşağıdakı pul vəsaiti hesabına formalaşa bilər:
500 min manatdan çox olmamaq şərti ilə, namizədin xüsusi vəsaiti;
150 min manatdan çox olmamaq şərti ilə, namizədi, qeydə alınmış namizədi irəli sürmüş siyasi partiyanın, siyasi partiyalar blokunun tərkibinə daxil olan siyasi partiyaların vəsaiti;
vətəndaş üçün 3 min manatdan və hüquqi şəxs üçün 50 min manatdan çox olmayan könüllü ianələr.
Birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizəd irəli sürmüş və ya namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları vahid seçki fondu yarada bilər.
Bu, 500 min manatdan çox olmamalıdır. Siyasi partiyalar blokunun xüsusi vəsaiti seçki blokunu yaratmış siyasi partiyalarının verdiyi vəsaitlər hesabına formalaşır.
Vətəndaşların və hüquqi şəxslərin könüllü ianələri də seçki fondunun maliyyə mənbələrindən biridir.
Ancaq belə könüllü ianələrin həddi  vətəndaş üçün 3 min, hüquqi şəxs üçün 50 min manatdan çox ola bilməz.
Aqşin Kərimov /oxu.az

Siyasi       Tarix: 28 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Rusiyadan Azərbaycanla bağlı arzuolunmaz qərar – 3 ay ərzində…

Rusiyadan Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrə nağd pul çıxarılmasına yeni məhdudiyyət tətbiq edilib. Sənədə əsasən, fiziki şəxslərə Azərbaycan, Tacikistan və Özbəkistana 1 milyon rubldan (təxminən 20 min manat

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Britaniya səfiri İran XİN-ə çağırılıb

Britaniyanın İrandakı səfiri Hüqo Şorter İran Xarici İşlər Nazirliyinə çağırılıb. -ın  APA-ya istinadən məlumatına görə, diplomat Britaniya hökumətinin İrana qarşı davamlı destruktiv siyasəti ilə bağlı İranın kəskin etiraz


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeberler az xəbər az cəbhədən son məlumat meherremlik 2026