Deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
Hindistanın Bihar ştatının qanunverici məclisinin deputatı Anant Sinqh qızının toyuna 400 min nəfərədək qonaq dəvət etməyə hazırlaşır. Mərasim noyabrın 25-nə planlaşdırılıb.
KONKRET.az oxuaz-a istinadən xəbər verir ki, deputatın qızı Şivanqi Rişikeş Kumarla ailə quracaq. Toy Sinqhin doğma kəndində keçiriləcək və hazırlıq işləri artıq geniş vüsət alıb.
Qonşu Uttar-Pradeş ştatından gələn ustalar mərasim üçün nəhəng çadırlar və xüsusi meydança inşa edirlər. Gəlin və bəy üçün təxminən 30 metr uzunluğunda səhnə hazırlanır. Səhnənin bəzədilməsi üçün 15 ton dekorasiya materialından istifadə olunacağı bildirilir. Xüsusi qonaqlar üçün ayrıca çadır da qurulacaq.
Anant Sinqh Hindistandan, hətta Pakistandan olan bütün arzu edənləri toya dəvət etdiyini bildirib. Qonaqlar arasında onlarla incəsənət nümayəndəsi və siyasətçinin olacağı gözlənilir. Hindistanın Baş naziri Narendra Modiyə də dəvət göndəriləcəyi bildirilir. Onun mərasimdə iştirak edib-etməyəcəyi isə hələ məlum deyil.
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
Yağışa görə bu oyun təxirə düşdü
Azərbaycan millisinin heyətində dəyişiklik
Özgür Özəl İlham Əliyevi təbrik edib
Azərbaycanda inək və toyuqlarla bağlı yeni qərar – Məqsəd bu imiş
Qızıl ucuzlaşdı: Azərbaycanda qiymətlər aşağı düşəcək? – İqtisadçıdan AÇIQLAMA
Qızıl və gümüş bahalaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Ərdoğandan yeni bəyanat – İlham Əliyevlə görüşün mühüm detalları üzə çıxdı
Nuran yeni layihəsini təqdim etdi
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub
Avropada həyəcan təbili: Trampın Rusiya ilə "böyük sövdələşməsi" nəyi dəyişəcək?
Şoyqu: Kiyev uzunmüddətli sülh gətirəcək həll yollarını müzakirə etməyə hazır deyil
Şimali Kiprin tanınması üçün... - Ərdoğan