Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldüBakıda qonşusunu qətlə yetirməkdə ittiham olunan Ceyhun Babayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Ceyhun Babayev barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb və cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib.
Məhkəmənin baxış iclası noyabrın 17-nə təyin olunub.
Qeyd edək ki, hadisə 2026-cı il iyulun 11-də Bakının Xəzər rayonunun Binə Atçılıq yaşayış massivində baş verib. Həmin ərazidə yaşayan 45 yaşlı Xalid Bağırovun çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
İstintaqın məlumatına görə, Xalid Bağırov ərazidəki evlərdən birinə internet kabeli çəkərkən ev sahibinin qonşusu tərəfindən qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən Ceyhun Babayev saxlanılaraq istintaqa təhvil verilib.
Məlumata görə, tərəflər arasında mübahisəyə internet xəttinin çəkilişi zamanı istifadə olunan kabelin qırıntılarının küçəyə düşməsi səbəb olub.
İttihama əsasən, buna görə Xalid Bağırova irad bildirən Ceyhun Babayev onunla mübahisə edib. Bir qədər sonra isə qonşusunun evinə daxil olaraq Xalid Bağırova çoxsaylı bıçaq zərbələri endirib.
Məhkəmə-tibbi ekspertiza zamanı Xalid Bağırovun bədənində 36 bıçaq xəsarəti aşkarlanıb.
Ceyhun Babayevə Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Hadisə       Tarix: 06 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda 64 yaşlı iş adamının meyiti tapıldı

Lənkəranda çöllük ərazidə 64 yaşlı iş adamının meyiti tapılıb. KONKRET.azAPA-ya istinadən bildirir ki, Lənkəran rayon sakini 1962-ci il təvəllüdlü Ramiz Bəxtiyar oğlu Əliyevin meyiti Ürgə kəndi ərazisində qamışlıqda aşkarlanıb

Tovuzda ev yanaraq külə döndü

Tovuz rayonunda ev yanıb. -a istinadla xəbər verir ki, hadisə rayonun Qovlar şəhəri ərazisində qeydə alınıb. Belə ki, birmərtəbəli fərdi yaşayış evində qəfil yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN

"TikTok"da qadını fotoları ilə şantaj edən şəxslə bağlı QƏRAR

Şirvan Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Mikayıl Dadaşovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası baş

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edildi

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib. KONKRET.azxəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən narkoti

Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA

Azərbaycan Mətbuat Şurasının sədri Vüqar Zifəroğlu APA TV-nin müxbiri Sənan Bəhrəmliyə qarşı törədilmiş zorakılıqla bağlı açıqlama yayıb. KONKRET.azhəmin açıqlamanı təqdim edir:. "APA TV-nin müxbiri Sənan Bəhrəmlini

Nazirliyə ziyan vuran şirkət rəhbərləri ilə bağlı qərar qismən ləğv edildi

Ali Məhkəmədə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda təqsirləndirilən iş adamları Emil Qulubəyov və Nəriman Laziminin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. KONKRET

Ceyranbatanda 10 şagird zəhərləndi

Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, şagirdlərin "popkorn"dan zəhərləndiyi ehtimal olunur. Hazırda məktəb ərazisinə təcili yardım briqadas

Qurban Bayramov vəfat etdi

Ədəbiyyatşünas, tənqidçi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Bayramov 80 yaşında vəfat edib. apa-ya istinadən xəbər verir ki, bu barədə onun ailə üzvləri məlumat veriblər. Qeyd edək ki, Qurban Bayramov 1946-c

Beyləqanda usta faciəvi şəkildə öldü

Beyləqanda 27 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürülüb. xəbər verir ki, Mil qəsəbəsinin ərazisində yerləşən yarımtikilidə usta işləyən Birinci Şahsevən kənd sakini 199-cu il təvəllüdlü Rəhman Mənsur oğlu Hacızadən


son xeberler yeni xeberler azerbaycan xeberleri siyaseti xeberler bugun son xeberler azerbaycan cəbhədən canlı bugünkü son xəbərlər