Deputat: Radikal müxalifət ermənidən çox erməni olmaq niyyətini ortaya qoyub

Deputat: Radikal müxalifət ermənidən çox erməni olmaq niyyətini ortaya qoyubDeputat: Radikal müxalifət ermənidən çox erməni olmaq niyyətini ortaya qoyub
Radikal müxalifətin Vaşinqtonda keçirdiyi konfrans say tərkibi baxımından cəmi 10-11 nəfərdən ibarət idi. Bu, həmin konfransın mahiyyətini və məzmununu açıqlayır.
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Azərbaycan məmurlarına qarşı sanksiya tətbiq edilməsi təkliflərinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, həmin konfransa dəvət alan insanlar təpədən-dırnağa qədər anti-Azərbaycan qüvvələr olub.
Deputat bildirib ki, özünü radikal müxalifət kimi təqdim edən qurumun nümayəndələri ilə Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış qondarma rejimin "xarici işlər naziri"nin ABŞ-a səfəri üst-üstə düşdü.
"Hər iki tərəfin bəyanatı üst-üstə düşür və sinxronluğu ilə diqqəti cəlb edir. Zaman, məkan və səsləndirilən anti-Azərbaycan mövqelər də eynilik təşkil edir. Bu gün Vaşinqtona gedən radikal müxalifətin nümayəndələri ermənidən çox erməni olmaq niyyətini ortaya qoyub".
Deputat qeyd edib ki, müxalifətin həmin tədbirdəki çıxışı Azərbaycan xalqının hiddətinə səbəb olub.
"Təsəvvür edin ki, həmin tədbirdə bir kəlmə də olsun, Ermənistanın işğalçılıq siyasəti, Xocalı soyqırımı barədə danışılmayıb. Onlar heç bir ümummilli məsələni gündəmə gətirməyiblər. Faktiki olaraq onlar ermənilərin mövqeyini ortaya qoyurlar. Hesab edirəm ki, bu məqamda Türkiyənin ABŞ-dakı səfirliyinin əməkdaşının davranışı əsl vətənpərvərlik nümunəsi kimi dəyərləndirilə bilər. O, üzünü radikal müxalifətin təmsilçilərinə tutaraq dedi ki, siz burada Azərbaycan əleyhinə danışmayın".
E.Nəsirov qeyd edib, sapı özümüzdən olan baltalar bəzi beynəlxalq siyasi dairələrin əlində alətə çevrilirlər.
"Xalqımız da bunu görür, onların dönük olduğunu deyir", - deyə E.Nəsirov qeyd edib.
Aqşin Kərimov /oxu.az

Siyasi       Tarix: 05 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Keçmiş kansler Şröderİn Rusiya ilə daha bir bağlılığı üzə çıxdı

Almaniyanın keçmiş kansleri Gerhard Şröder Globus hipermarket şəbəkəsinin Rusiyadakı bölməsində çalışmağa başlayıb. xəbər verir ki, bu barədə RBK rusiyalı "Hiperqlobus" MMC-nin nümayəndəsinə istinadən məlumat verib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d


yeni xeberler azerbaycan xeberleri son xeberler ensonxeberler kriminal xeber valyuta mezennesi banklar cəbhədən son xəbərlər 2026